Bakı,
Azərbaycan
22.10.2025 13:57
-
22.11.2025 12:00
İş haqqında məlumat
- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili;
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması);
- Biznes tələblərin proqramçılara ötürülməsi;
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması;
- İş proseslərinin sxemlər vasitəsi ilə təsviri;
- Texniki tapşırıqların proqramçılar ilə müzakirə edilməsi;
- Müştəri tələblərinin icrasına nəzarət;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallıqların test olunması;
- Proqram təminatlarının ehtiyaca uyğun konfiqurasiyaedilməsi;
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi.
Biz sizə nə təklif edirik?
- Rəqabətə davamlı əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq);
- Həftənin 5 günü iş rejimi (09:00 dan- 18:00 dək, istirahət günləri: şənbə, bazar);
- Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı;
- Dostyana və dinamik iş mühiti.
Tələblər
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Qanunvericiliyə uyğun mühasibat, vergi və idarəetmə uçotunu bilmək;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması üzrə təcrübə;
- Əmək haqqının hesablanması üzrə təcrübə;
- ERP proqram təminatının tətbiqi üzrə Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək və müstəqil qərar vermək bacarığı;
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər (üstünlükdür);
- Agile və SCRUM metodologiyaları haqqında biliklər (üstünlükdür);
- SQL, PL/SQL üzrə biliklər (üstünlükdür);
- Balsamiq Wireframes, Jira, MS Visio proqramlarını bilmək (üstünlükdür);
- Rus və ya İngilis dillərini bilmək üstünlükdür.