Proqram təminatının yazılımı və istifadəçi təlimlərinin keçirilməsi üzrə Mütəxəssis
CasPos MMC
Ə/h razılaşma ilə
2347
Tam iş günü
Bakı,
Azərbaycan
06/02/2026
-
20/02/2026
İş haqqında məlumat
- Sahibkarlara məxsus avadanlıqları yoxlamaq və yararlılığı barədə rəy vermək;
- Proqram təminatının müştərinin kompüterinə quraşdırılmasını, kassa və digər avadanlıqların sazlanmasını, lisenziyanın verilməsini (yerində və ya distant) təmin etmək;
- Sahibkarlara proqram təminatından istifadə ilə bağlı təlimlərin keçirilməsi (yerində və ya distant);
- Müştəri tərəfindən təqdim edilən elektron məhsul siyahısının (Excel formatında) sistemə daxil edilməsi;
- CMT üzərindən təhvil verilən xidmətlərin təsdiqlənməsi;
- Proqram təminatında yaranan problemlərin operativ həlli, mümkün olmadıqda rəhbər şəxsə vaxtında məlumat verilməsi;
- Vəzifə təlimatından kənar danışıqlar aparmamaq və qərarlar qəbul etməmək;
- Gündəlik və aylıq hesabatların tabe olduğu rəhbərə təqdim edilməsi;
- Vəzifə təlimatına uyğun digər tapşırıqların icrası.
Əlavə məlumat:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük, 09:00–18:00;
- Korporativ nömrə və danışıq balansı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Tələblər
- Ali təhsil;
- Microsoft Office proqramları (xüsusilə Excel) üzrə biliklər;
- 1C 8.3, ERP və oxşar proqramlarla işləmə bacarığı;
- Kassa aparatları (NKA), POS terminallar və əlaqəli avadanlıqların (printer, skaner və s.) texniki xüsusiyyətləri barədə anlayış;
- HTTP sorğuları haqqında baza bilikləri;
- Kompüterlə aktiv işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili(arzu olunan);
- Minimum 1 il iş təcrübəsi.
Fərdi keyfiyyətlər:
- Problemləri yalnız müəyyən etməklə kifayətlənməyib həll yolları təklif etmək bacarığı;
- Diqqətlilik və məsuliyyətlilik;
- Satış hədəflərinə fokuslanmaq və aktiv iş rejimində çalışmaq;
- Tapşırıqları operativ icra etmək bacarığı;
- Mövcud müştəri bazası ilə işləmək;
- Yeni müştəri bazalarının araşdırılması.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.