Proqramlaşdırma üzrə texniki rəhbər/ Tech Lead – Backend
Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
805
Tam iş günü
Bakı,
Azərbaycan
25/02/2026
-
11/03/2026
İş haqqında məlumat
- Şirkətin məhsul strategiyasına uyğun olaraq miqyaslana bilən, təhlükəsiz və dayanıqlı server tərəfi (backend) arxitekturaların dizaynına və texniki icrasına rəhbərlik etmək.
- Mikroservis əsaslı sistemlərin arxitekturasını qurmaq, servis bölgüsünü planlamaq və paylanmış sistemlərdə optimal kommunikasiya mexanizmlərini tətbiq etmək.
- API strategiyasını formalaşdırmaq (REST standartları, versiyalama, təhlükəsizlik, sənədləşmə), daxili və xarici sistem inteqrasiyalarını dizayn və idarə etmək.
- Sistemlərin yüksək əlçatanlığını (high availability), performansını, təhlükəsizliyini və dayanıqlı (fault-tolerant) strukturunu təmin etmək.
- Kodlaşdırma standartlarını, code review proseslərini, test strategiyasını (unit, integration, performance testləri), CI/CD və yerləşdirmə (deployment) proseslərini qurmaq və nəzarətdə saxlamaq.
- Mövcud sistemləri təhlil etmək, performans məhdudiyyətlərini (bottleneck) müəyyənləşdirmək və optimizasiya yolu ilə dayanıqlılığı artırmaq.
- Event-driven və mesajlaşma əsaslı arxitekturaların (Kafka, RabbitMQ və ) tətbiqini təmin etmək.
- Verilənlər bazası arxitekturasını planlamaq, SQL optimizasiyası və keşləmə (caching) strategiyalarını tətbiq etmək.
- DevOps və infrastruktur komandaları ilə əməkdaşlıq edərək konteynerləşdirmə (Docker) və orkestrasiya (Kubernetes) proseslərini optimallaşdırmaq.
- Texniki qərarları biznes prioritetləri ilə uyğunlaşdırmaq üçün məhsul və layihə komandaları ilə sıx əməkdaşlıq etmək.
- Komandada mühəndislik mədəniyyətini inkişaf etdirmək, mentorluq etmək və texniki bilik paylaşımını təşviq etmək.
- Süni intellekt əsaslı inkişaf alətlərindən istifadə etməklə kod keyfiyyətini artırmaq, inkişaf sürətini yüksəltmək və texniki sənədləşməni təkmilləşdirmək.
- Süni intellekt tərəfindən yaradılan kodun təhlükəsizliyini, düzgünlüyünü və keyfiyyətini qiymətləndirmək üçün nəzarət mexanizmləri tətbiq etmək.
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00.
- İstirahət günləri: Şənbə və bazar (AR Əmək Məcəlləsinə uyğun bayram və qeyri-iş günləri).
- Vakansiya növü: Tam ştat.
- İş yeri: “Bakinity Distribution” MMC.
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar:
- Korporativ mobil nömrə və danışıq paketi.
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarında iştirak.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- Peşəkar inkişaf və karyera yükəlişi üçün geniş imkanlar.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları və ya uyğun sahə üzrə üstünlükdür).
- Server tərəfi (backend) inkişaf sahəsində minimum 5 il iş təcrübəsi və komanda idarəetmə bacarığı.
- Süni intellekt dəstəkli kod yazma alətləri ilə praktiki təcrübə (məsələn, GitHub Copilot, ChatGPT və s.).
- Süni intellektdən kod generasiyası, refaktorinq, xətaların aradan qaldırılması və texniki sənədləşmə üçün səmərəli istifadə bacarığı.
- Proqram təminatının hazırlanmasında prompt mühəndisliyi prinsiplərini anlamaq.
- Süni intellekt alətlərinin inkişaf prosesinə inteqrasiyası təcrübəsi.
- Süni intellekt tərəfindən yaradılan kodun təhlükəsizlik, düzgünlük və keyfiyyət risklərini qiymətləndirmə bacarığı.
- Java (Spring Boot) və ya .NET (ASP.NET Core) üzrə güclü bilik.
- Mikroservislər, paylanmış sistemlər və REST API arxitekturası üzrə təcrübə.
- Verilənlər bazaları (SQL Server / PostgreSQL / MongoDB / Redis) ilə işləmə bacarığı.
- Proqram təminatı strukturunun, vəzifə təlimatlarının və texniki sənədlərin hazırlanması qaydalarını bilmək və tətbiq etmək.
- AWS və ya Azure Solutions Architect,Certified Kubernetes Administrator (CKA) Java və ya .NET üzrə beynəlxalq sertifikatların olması arzuolunandır.
- Güclü ünsiyyət bacarıqları: səlis Azərbaycan dili, yaxşı rus və ingilis dili biliyi üstünlükdür.
- CRM sistemləri və korporativ inteqrasiyalar üzrə təcrübə.
- Komanda ilə işləmə, operativ qərarvermə və problemlərin effektiv həlli bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.