SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Proses analizatoru üzrə texnik (QMI)

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
341
Tam iş günü
Bakı, Azərbaycan
19/03/2026 - 02/04/2026

İş haqqında məlumat

  • Laboratoriyanın iş təlimatlarına uyğun olaraq kimyəvi reagentləri, məhlulları hazırlamaq;
  • Əsas texniki xidmət işləri ilə müxtəlif proses analizatorları üzrə öhdəlikləri yerinə yetirmək və problemlər barədə Proses analizatorları (QMI) üzrə mütəxəssis qrupuna və ya nəzarətçilərə məlumat verməzdən əvvəl nasaz cihazda qüsurların tam araşdırılmasını həyata keçirmək;
  • Təyin edilmiş cihazların vəziyyətinə nəzarət etmək və yoxlamaq, iş təlimatlarında, prosedurlarda və ya texniki xidmət planında göstərildiyi kimi sahə analizlərinin etibarlılığını təmin etmək üçün lazımi kalibrləmə və analitik metodların icra göstəricilərinin yoxlanmasını həyata keçirmək;
  • Bütün Proses analizatorları üzrə sahə işləri ilə əlaqədar Laboratoriya rəhbərliyi ilə gündəlik əlaqəni təmin etmək;
  • Əldə edilmiş nümunələri sistematik olaraq Laboratoriya Məlumatlarının İdarə edilməsi Sistemində (LIMS) qeyd etmək, KT/KN tələblərinə müvafiq olaraq prosesdən kənar və analizatorlar arasında tendensiyalara nəzarət etmək;
  • Proses analizatorları ilə əlaqədar proseduraları, iş təlimatlarını, proqramları və ya hər hansı xüsusi işlər üzrə hesabatları və ya müəyyən olunmuş təlimatları hazırlamaq;
  • Proses analizatorları üzrə nəticələri Laboratoriya Məlumatlarının İdarə Edilməsi Sistemində (LIMS) qeyd etmək, daxil edir və hesabatı təqdim edir. Bütün qeydlərin həm çap olunmuş nüsxədə, həm də elektron formatda saxlanılmasını və bütün sənədlərin tam dəqiq olmasını təmin etmək;
  • Qeyri-standart nəticələrlə bağlı tədqiqatlar aparmaq və nəzarət altında düzəldici və qabaqlayıcı tədbirlər görmək;
  • Laboratoriyanın iş təlimatlarına, yoxlamalara, kalibrləmə və texniki xidmət planlarına uyğun olaraq keyfiyyəti ölçmə cihazları üzrə texniki xidmət işlərində iştirak etmək;
  • Cihazların/avadanlıqların vəziyyəti ilə bağlı yenilənmiş məlumatları nəzarətçiyə bildirmək və cihazlarda yaranan hər hansı nasazlıq və ya ehtiyat hissələrinin, istehlak mallarının və reagentlərin çatışmazlığı barədə vaxtında məlumat vermək;
  • Bütün texniki xidmət işlərinin proseduralara və təlimatlara uyğun aparıldığını yoxlamaq;
  • Nümunələrin idarə edilməsi sistemlərinin və qaz silindrlərinin dəyişdirilməsinin müntəzəm monitorinqini həyata keçirmək;
  • Onlayn ölçmələrin dəqiqliyini təmin etmək üçün analizatorlarda kalibrləmə qazlarını təmin etmək;
  • Proses analizatorları üçün ehtiyat hissələrinin siyahısını tərtib etmək;
  • Təchizatçının texniki məlumatlarına və istehsalçının spesifikasiyalarına əsasən profilaktik texniki xidmət və diaqnostika proseduralarını həyata keçirmək;
  • Müxtəlif təchizatçılardan inteqrasiya edilmiş sistemlər üzrə ətraflı funksional sınaqlar aparmaq;
  • Proses analizatorlarının Laboratoriya daxilində yoxlanılmasını idarə etmək;
  • Texnki xidmət qrafikinə uyğun olaraq təyin edilmiş tapşırıqları müntəzəm şəkildə izləmək və yeniləmək;
  • Bütün işlərin təhlükəsiz iş proseduraları, təhlükəsiz işlərə icazələr və qaydalara uyğun olaraq yerinə yetirildiyini təmin etmək;
  • Fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə olunmasına riayət etmək;
  • Zəruri hallarda tərəddüd etmədən işlərə müdaxilə etmək və Laboratoriya ilə əlaqəli bütün meyarlar üzrə SƏTƏM qaydalarını xatırlatmaq.

Tələblər

  • Kimya, elektrik, NÖC və ya mexaniki sahələr üzrə peşə təhsili;
  • Texnoloji proses analizatorları üzrə minimum 1 il iş təcrübəsi (nasazlıqların aşkarlanması,aradan qaldırılması və texniki xidməti üzrə);
  • Proses analizatoru üzrə qabaqlayıcı və düzəldici texniki xidmət sahəsində güclü bilik;
  • Microsoft Office proqramları üzrə güclü bilik;
  • Proses analizatorlarının mexaniki və elektrik funksiyaları üzrə bilik;
  • Kimyəvi maddələr, qazlar və risklərlə işləmək bacarığı;
  • Yaxşı təşkilatçılıq və komanda daxilində işləmək bacarığı;
  • Cihazların sənədlərini, məs. sxemləri, spesifikasiyaları, boru birləşmələri və NÖC (P&ID) sxemlərini və bir xəttli sxemləri oxumaq bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.