hrin.az
Reklam
Sirab ASC

Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis

Sirab ASC

Əmək haqqı: Razılaşma

69120 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliOrta
İngilis diliOrta

İş haqqında

İşin təsviri

Öhdəliklər: 

  • Müəssisənin struktur bölmələrində təsdiq edilmiş prosedur və təlimatların faktiki iş prosesində tətbiqini yoxlamaq;
  • Prosedurlarda nəzərdə tutulmuş tələblərlə faktiki icra arasında fərqləri müəyyən etmək;
  • Əməkdaşların funksiyalarının faktiki icrasının vəzifə təlimatları ilə uyğunluğunu yoxlamaq,
  • Vəzifə təlimatlarında qeyd edilməyən, lakin faktiki yerinə yetirilən funksiyaları müəyyən etmək;
  • İcra olunmayan, təkrarlanan və ya digər əməkdaşların funksiyaları ilə üst-üstə düşən işləri aşkar etmək;
  • Biznes proseslərinin mərhələlərini təhlil edərək vaxt itkisi, artıq əməliyyatlar və səmərəsiz fəaliyyətləri müəyyən etmək;
  • Proseslərin optimallaşdırılması, əməliyyatların təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq;
  • ISO 9001 üzrə Daxili Auditlər təşkil etmək və nəticələri sənədləşdirmək;
  • Aşkar edilmiş problemlər üzrə təhlil və monitorinq hesabatları hazırlamaq;
  • Razılaşdırılmış təkmilləşdirmə tədbirlərinin icrasını və əldə edilmiş nəticələri yoxlamaq;
  • Monitorinq nəticələri və təkmilləşdirmə təklifləri barədə şöbə müdirinə mütəmadi hesabat təqdim etmək

Əsas tələblər:

  • Ali təhsil  Biznesin idarə edilməsi, Menecment və əlaqəli ixtisaslara üstünlük verilir.
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan dili –  yaxşı; Rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər. Power BI, Visio və proseslərin modelləşdirilməsi alətləri üzrə biliklər üstünlükdür.
  • Biznes proseslərinin təhlili və qiymətləndirilməsi bacarığı;
  • Vəzifə funksiyalarının və iş yükünün təhlili üzrə biliklər;
  • Məlumatların toplanması, təhlili və hesabatların hazırlanması bacarığı;
  • Auditlər təşkil etmək və qiymətləndirmək bacarığı.

Fərdi keyfiyyət göstəriciləri:

  • Məsuliyyətlilik
  • Analitik düşüncə tərzli
  • Komandada işləmək bacarığı
  • Ünsiyyət qurma bacarığı

İş vaxtının norması:

  • 5 günlük iş rejimi
  • Saat - 09:00/17:00

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir
  • Korporativ telefon nömrəsi və danışıq paketi
Reklam