NN Business Group
1000 - 1200 ₼
3203
Tam iş günü
Bakı, Azərbaycan
27.08.2025 12:41 - 27.09.2025 12:00

İş haqqında məlumat

  • Müxtəlif yaş qruplarından olan pasiyentlərlə fərdi və ya qrup terapiyası keçirmək;
  • Pasiyentlərin emosional və psixoloji vəziyyətini qiymətləndirmək;
  • Müvafiq terapiya metodlarını tətbiq etmək və inkişaf planları hazırlamaq;
  • Lazım gəldikdə pasiyentləri digər mütəxəssislərə yönləndirmək.
  • Psixoloji  və maarifləndirici materialların hazırlanması;
  • Psixoloji alətlərin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak;
  • Rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak;
  • Müntəzəm hesabatların hazırlanması;
  • Beynəlxalq və ölkədaxili tədbirlərdə və layihələrdə iştirak.

İş şəraiti:

  • İş qrafiki qarşılıqlı olaraq razılaşdırılacaq;
  • Əməkhaqqı 1000-1200 Azn;
  • İş yeri: Bakı şəhəri, Xətai PR-ti 34.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Psixoloq” yazmaqla, öz CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (Bakalavr və ya Magistr təhsili psixologiya üzrə olanlara üstünlük verilir);
  • Psixologiya və terapiya üzrə sertifikatlar arzuolunandır;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Psixologiya üzrə etik davranış kodeksini anlamaq və tətbiq etmək.