Kaspi Təhsil Şirkəti
Ə/h razılaşma ilə
3906
Tam iş günü
Bakı, Azərbaycan
19.09.2025 12:43 - 19.10.2025 12:00

İş haqqında məlumat

  • Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;
  • Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;
  • Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi marifləndirmək;
  • Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;
  • Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;
  • Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;
  • Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;
  • Şagirdlər üçün aktiv, tətbiqi və  yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.

İş şəraiti

  • İş saatları: I-V günlər, 08:00-17:00
  • İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və yaqeyd olunan elekrtonpoct ünvanına göndərməklə müraciət edə bilərlər. 

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
  • Sahə üzrə 2 illik təcrübə.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.