OpenOptix

Qablaşdırma və etiketləmə üzrə operator

OpenOptix
Ə/h razılaşma ilə
703
Tam iş günü
Bakı, Azərbaycan
14/04/2026 - 28/04/2026

İş haqqında məlumat

  • Optik modullar üçün etiketlərin çap edilməsini və məhsullara düzgün şəkildə tətbiq olunmasını həyata keçirmək 
  • Optik modulların və əlaqəli məhsulların müəyyən olunmuş qaydalara uyğun qablaşdırılmasını həyata keçirmək 
  • Etiket üzərindəki məlumatların (model, seriya nömrəsi və s.) düzgünlüyünü yoxlamaq 
  • Etiketləmə avadanlıqlarını (printer və s.) düzgün qoşmaq və istifadə etmək 
  • Etiketləmə nəticələrini və məlumatları sistemə və ya qeydiyyat formalarına daxil etmək 
  • Yanlış və ya qüsurlu etiketlənmiş məhsulları aşkar etmək və rəhbərliyə məlumat vermək
  • Qablaşdırma öncəsi məhsulların düzgünlüyünü və uyğunluğunu yoxlamaq 
  • Müvafiq qablaşdırma materiallarından (qutular, qoruyucu materiallar və s.) düzgün istifadə etmək 
  • Məhsulların qablaşdırma zamanı zədələnməsinin qarşısını almaq 
  • Qablaşdırılmış məhsulların düzgün etiketlənməsini yoxlamaq 
  • Qablaşdırma prosesinə dair məlumatları və nəticələri qeydiyyata almaq 
  • Qüsurlu və ya düzgün qablaşdırılmamış məhsulları aşkar etmək və rəhbərliyə məlumat vermək 
  • Qablaşdırma avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək
  • İstehsalat komandası ilə koordinasiyalı işləmək  
  • Etiketləmə prosesi üzrə təlimatlara (SOP) riayət etmək 
  • Etiketləmə və qablaşdırma avadanlıqlarının gündəlik vəziyyətini yoxlamaq və nasazlıqları vaxtında bildirmək 
  • Məhsulların vaxtında hazırlanmasını təmin etmək 
  • İş sahəsinin səliqəli və təmiz saxlanılmasını təmin etmək 
  • Təhlükəsizlik, ESD və cleanroom qaydalarına əməl etmək
  • Vəzifə funksiyaları çərçivəsində rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
  • Etiketləmə və çap avadanlıqları (printerlər) ilə işləmə bacarığı

İmkanlar və Əlavə Qeydlər

  • Könüllü tibbi sığorta
  • Karyera inkişafı və peşəkar təlim imkanları
  • Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
  • İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
  • Təşəbbüs və innovativ ideyalara dəstək
  • 5 günlük iş qrafiki (09:00–18:00)
  • İş yeri: istehsalat sahəsi 

Tələblər

  • Təhsil: Minimum orta təhsil (və ya daha yüksək) 
  • Təcrübə: Təcrübə arzuolunandır, lakin tələb olunmur (təlim təmin ediləcək)
  • İstehsalat, qablaşdırma və ya etiketləmə sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir
  • Texniki təlimatları (SOP) oxuma, anlama və tətbiq etmə bacarığı 

Dil bilikləri:

  • Azərbaycan dili – mütləq 
  • Digər xarici dilləri bilmək üstünlük hesab olunur, lakin tələb olunmur

Səriştələr:

  • Güclü təşkilatçılıq və planlama bacarıqları 
  • Analitik düşünmə və problemlərin həlli bacarığı 
  • Qərarvermə və prioritetləşdirmə qabiliyyəti 
  • Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma 
  • Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı 
  • Dəqiqlik və detallara diət (xüsusilə inventar idarəetməsində) 
  • Stress altında işləmə və dəyişikliklərə uyğunlaşma bacarığı 
  • Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqların koordinasiyası 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.