QB
Ə/h razılaşma ilə
309
Tam iş günü
Bakı, Azərbaycan
05.11.2025 04:26 - 05.12.2025 12:00

İş haqqında məlumat

  • Mətbəxdə istifadə olunan qab-qacaq, stəkan, bıçaq, çəngəl, tavalar və digər ləvazimatların təmizlənməsini və gigiyenik vəziyyətdə saxlanılmasını təmin edir.
  • Qabyuyan maşın və digər təmizləmə avadanlıqlarından təhlükəsiz və düzgün şəkildə istifadə edir.
  • Təmizlənmiş qabların, stəkanların və alətlərin təyin olunmuş yerlərə yerləşdirilməsini təmin edir.
  • Mətbəxdə gigiyena və sanitariya qaydalarına tam riayət edir.
  • Tullantıların düzgün şəkildə çeşidlənməsi və zibil qablarının mütəmadi boşaldılmasını təmin edir.
  • İş sahəsini (qabyuyan zonanı, döşəməni, masaları və s.) daim təmiz və səliqəli saxlayır.
  • Təmizlik vasitələrinin və yuyucu maddələrin təhlükəsiz istifadəsinə və saxlanmasına diqqət yetirir.
  • Avadanlıqlarda yaranan hər hansı nasazlıq və ya problem barədə dərhal məsul şəxsə məlumat verir.
  • Lazım gəldikdə aşpaz və digər mətbəx heyətinə kömək edir.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Qabyuyan” qeyd etməyiniz xahiş olunur

Tələblər

  • Minimum orta təhsil;
  • Oxşar sahədə (mətbəx, restoran və ya hotel) iş təcrübəsi üstünlük sayılır;
  • Səliqəli, məsuliyyətli və çevik olmalı;
  • Komandada işləmək bacarığı;
  • Gigiyena və təmizlik qaydalarına ciddi riayət etmə bacarığı;
  • Fiziki işə dözümlülük;
  • Növbəli iş qrafikində işləməyə hazır olmalı.


Oxşar vakansiyalar