Shusha Hospitality Group MMC

Qabyuyan (xanım)

Shusha Hospitality Group MMC
634 ₼
180
Tam iş günü
Şuşa, Azərbaycan
21/05/2026 - 04/06/2026

İş haqqında məlumat

  • Təyin edilmiş iş yerinin və ətraf ərazilərin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək.
  • Menecer müavini və ya nəzarətçi tərəfindən təyin edilmiş ümumi təmizlik işlərini yerinə yetirmək.
  • Qabları müəyyən edilmiş fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
  • Qazanları, tavaları və digər mətbəx ləvazimatlarını fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
  • Zibil qablarını planlaşdırılmış zibil yığımı qrafikinə uyğun boşaltmaq.
  • Şöbədə təyin edilmiş açma və bağlama prosedurlarına ciddi əməl etmək.
  • Bütün təmizləmə prosedurlarına, qabyuyan maşından istifadəyə və istifadə ediləcək kimyəvi vasitələrə dair tam anlayış və biliyə malik olmaq.
  • Zədələri minimuma endirmək və sıradan çıxmanın qarşısını almaq üçün bütün istismar avadanlığı və ləvazimatları ehtiyatla istifadə etmək.
  • İstismar avadanlığının rüblük, yarım-illik, illik inventarını aparmağa yardım etmək.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş vaxtı: 09.00-dan 18.00-kimi
  • İş yeri: Şuşa şəhəri
  • 3 dəfə qidalanma və yaşayış üçün məzillə təmin olunur

Əmək haqqı:

  • Başlanğıc aylıq məvacib 634 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Tələblər

  • Təhsil: Orta
  • İş təcrübəsi: 1 ilə kimi
  • Cins: Xanım namizədlər

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar