Global İnteriors Group MMC

QA/QC Mühəndisi

Global İnteriors Group MMC
1500 - 1700 ₼
1700
Tam iş günü
Bakı, Azərbaycan
19/12/2025 - 02/01/2026

İş haqqında məlumat

Global Interiors Group şirkəti 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanın tikinti, interyer dizayn və mebel sahəsində aparıcı şirkətlərindən biridir. Tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması və s. işlər böyük vaxt və enerji tələb edir.   

Şirkətimiz tikinti / sənaye layihələrində çalışmaq üçün QA/QC Mühəndisi vəzifəsinə təcrübəli namizədlər axtarır.

  • Layihə üzrə keyfiyyətə nəzarət və keyfiyyətin təmin edilməsi proseslərinin həyata keçirilməsi
  • Tikinti və istehsal işlərinin normativ sənədlərə, standartlara və layihə tələblərinə uyğunluğunun  yoxlanılması
  • Keyfiyyət planlarının, prosedurların və hesabatların hazırlanması və icrası
  • Materialların, işlərin və texniki sənədlərin yoxlanılması
  • Uyğunsuzluqların aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi
  • Texniki nəzarət orqanları və sifarişçi ilə əməkdaşlıq
  • Gündəlik, həftəlik və aylıq QA/QC hesabatlarının hazırlanması

İş şəraiti:

  • İş qrafiki: Həftənin  Tam 5 iş günü, 09:00-18:00
  • İş yeri: Bakı şəhəri tikinti sahəsi
  • Əmək haqqı: 1500-1700 AZN (xalis/NET)

Müqavilə şərtləri:

  • Qanunverciliyə uyğun olaraq rəsmi müqavilə
  • Peşəkar inkişaf və karyera yüksəliş imkanları   

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (tikinti mühəndisliyi, mexanika və ya oxşar sahə)
  • QA/QC sahəsində minimum 2-3 il iş təcrübəsi
  • Beynəlxalq və yerli standartları bilmək (ISO, ASTM, BS və s.)
  • Texniki sənədlərlə işləmə bacarığı
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək
  • Azərbaycan dili – səlis, rus və ya ingilis dili arzuolunandır
  • Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyəti

Tələblərə cavab verən bütün namizədlərdən xahiş olunur ki, “QA/QC Mühəndisi mövzusunu e-mailin subject (mövzu) hissəsində qeyd edərək, CV və ya Müraciət Formasını "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

Qeyd edək ki, yalnız tələblərə tam cavab verən və ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.


Oxşar vakansiyalar