IMA Energy

QA/QC mühəndisi (Mülki işlər üzrə)

IMA Energy
Ə/h razılaşma ilə
3498
Tam iş günü
Ağdam, Azərbaycan
01/12/2025 - 01/01/2026

İş haqqında məlumat

  • Sahədə gündəlik tikinti proseslərinə nəzarət və keyfiyyət yoxlamalarının həyata keçirilməsi;
  • Beton tökmə, qəlibləmə, armaturlama, su izolyasiyası və s. üzrə texniki nəzarət;
  • Keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması: ITP-lər, yoxlama siyahıları, metod bəyanatları, MAR,MIR, NCR və s;
  • As-built sənədlərinin hazırlanması və yoxlanması;
  • Subpodratçılar və layihə komandası ilə koordinasiyalı şəkildə işləmək;
  • Material qəbul proseslərinə və laboratoriya testlərinə nəzarət;
  • Yüksək keyfiyyət standartlarına uyğun icranın təmin edilməsi;
  • Keyfiyyət üzrə daxili və xarici auditlərdə iştirak;
  • Gündəlik və həftəlik keyfiyyət hesabatlarının hazırlanması.

İş şəraiti:

  • İş yeri: Ağdam, Qərvənd kəndi;
  • Layihə növü: Tikinti layihələri;
  • İş rejimi: Tam ştat (Project-based);
  • İş qrafiki: Həftədə 6 iş günü;
  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Gün ərzində 3 dəfə qidalanma və qalma yeri ilə təminat.

Tələblər

  • Mülki mühəndislik üzrə ali təhsil;
  • Mülki işlər üzrə QA/QC sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti çertyojlarını oxuma və texniki spesifikasiyalarla işləmə bacarığı;
  • MS Office, AutoCAD və digər texniki proqramlarda işləmə bacarığı;
  • ISO 9001 və müvafiq keyfiyyət sistemləri üzrə bilik;
  • Sahə nəzarəti, sənədləşmə və texniki hesabat hazırlama bacarığı;
  • Problemlərin operativ həlli və komandada işləmə bacarığı;
  • Detallara diqqətli və məsuliyyətli iş yanaşması.

Müraciət qaydası:

Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər. E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Mülki işlər) – Sizin Adınız” qeyd olunmalıdır.