Sea Breeze Resort & Residences

Qarabağ (Füzuli) layihələri üzrə Texniki ofis mühəndisi

Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
4881
Tam iş günü
Füzuli, Azərbaycan
13/02/2026 - 27/02/2026

İş haqqında məlumat

  • Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin yoxlayır;
  • Tenderlər keçirilərkən ilkin müqavilə qiyməti təklifinin hazırlanmasını və tətbiq metodologiyaların əsaslandırılmasını icra edir;
  • Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
  • Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır;
  • BOQ hazırlanmasını icra edir;
  • Tikinti zamanı ortaya çıxan dizayn həllərindəki dəyişikliklərin nəzərdən keçirilməsində və təsdiq edilməsində iştirak edib, dəyişikliklərin qeydiyyatını arxivləşdirilməsini təşkil edir;
  • Proseslərin bütün gedişatı ilə bağlı birbaşa rəhbərinə mütəmadi məruzə edir;
  • Tender paketləri hazırlanması zamanı layihələrə aid verilmiş texniki tapşırıqların və spesifikasiyaların analizinin aparır;

Əlavə məlumat:

  • İş yeri: Füzuli rayonu, Pirəhmədli kəndi
  • Nəqliyyat servisi və nahar şirkət tərəfindən təmin olunur.

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək. 


 

Tələblər

  • Ali texniki təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point, Outlook), AutoCAD, ArchiCAD, Revit və Sketch UP proqramlarından anlayışının olması;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar