Bakı,
Azərbaycan
26/12/2025
-
09/01/2026
İş haqqında məlumat
Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Karyerana güclü start ver — Təcrübə proqramı sayəsində gələcəkdə 4-cü dərəcəli qatar maşinisti kimi 1370 AZN əmək haqqı almaq imkanına yüksəl.
- 6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
- Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
- Təcrübə dövründə minimum aylıq əmək haqqı
- Təcrübənin sonunda davamlı işə qəbul imkanı
- Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Seçim prosesi necə aparılır ?
- İxtisas üzrə test imtahanı
- Ətraflı müsahibə
- Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir ?
- Metropolitendən ödənişsiz istifadə
- Nahar (güzəştli)
Tələblər
- Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gəncləri
- Ali texniki, orta texniki və ilk texniki peşə ixtisaslı məzunları
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.