Bakı,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
- Bakı Metropoliteni Qatar maşinistliyi üzrə peşə təcrübə proqramı elan edir.
- Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
- Karyerana güclü start ver — Təcrübə proqramı sayəsində gələcəkdə 4-cü dərəcəli qatar maşinisti kimi 1510 AZN əmək haqqı almaq imkanına yüksəl.
Proqram sizə nə qazandıracaq?
- 6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
- Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
- Təcrübə dövründə minimum aylıq əmək haqqı
- Təcrübənin sonunda davamlı işə qəbul imkanı
- Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Seçim prosesi necə aparılır?
- İxtisas üzrə test imtahanı
- Ətraflı müsahibə
- Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə
- Nahar (güzəştli)
Tələblər
- Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
- Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.