AZFEN MMC

Qaynaq müfəttişi

AZFEN MMC
Ə/h razılaşma ilə
1841
Tam iş günü
Bakı, Azərbaycan
21/01/2026 - 04/02/2026

İş haqqında məlumat

AZFEN MMC Bayıl sahəsindəki layihə üçün qaynaq müfəttişi müsahibəyə dəvət edir.  

  • Qaynaq, quraşdırma və emalat işlərini gündəlik olaraq monitor etmək, Qaynaq tikişlərinin qaynaq proseduru parametrlərinə və texniki şərtlərin tələblərinə uyğunluğunu yoxlamaq, 
  • Qaynaqçıların kvalifikasiyası üzrə qeydləri yoxlamaq və sahədə (iş yerlərində) qaynaqçılarnın identifikasiyasına nəzarət etmək, Emalat, quraşdırma, boru kəməri izometriyaları və montaj sxemləri barədə məlumatlı olmaq, 
  • Düzgün tipinin və ölçüsünün istifadə olunub və qeyd edildiyinin təmini üçün qaynaq ediləcək materialları yoxlamaq, Yuxarıda qeyd olunan işin icrası zamanı qaynaq ləvazimatlarının tipinin, vəziyyətinin monitorinqini keçirmək, 
  • Qaynaqaltı hazırlığı, konfiqurasiyanı, qaynaq tikişi kökündəki aralığı və profili yoxlamaq, 
  • Düzgün tipinin və ölçüsünün istifadə olunub və qeyd edildiyinin təmini üçün qaynaq ediləcək materialları yoxlamaq. 
  • Qaynaq işləri zamanı qaynaq parametrləri üzrə auditlər keçirərək amper, gərginlik, üsul, pozisiya, istifadə edilən elektrodlar, qaynaqçının kvalifikasiyası və prosedurlara riayət olunması ilə əlaqədar hesabat hazırlamaq, 
  • İşlərin Layihənin prosedurları, spesifikasiyaları və qeyd olunmuş standartlarına müvafiqliyinin yoxlanılması üçün qaynaq edilmiş komponentlər və konstruksiyalarda qaynaq tikişlərinin qaynaqdan sonra vizual yoxlanılmasını aparmaq və qeyri-dağıdıcı sınaqları tələb etmək, Qeyri–dağıdıcı (NDT) sınaqlardan alınan nəticələri izləmək, Layihə KİS blanklarından istifadə etməklə yoxlama nəticələrini qeyd etmək.
  • Sertifikatlaşdırma Mühəndisini qaynaq tikişlərinin statusu ilə əlaqədar məlumatla təmin etmək, baş qaynaq müfəttişinə həftəlik və aylıq hesabatlar təqdim etmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək;

Tələblər

  • Qaynaq müfəttişi vəzifəsinə müvafiq ali texniki təhsilli və uyğun vəzifələrdə azı 3 il stajı olan şəxslər təyin edilir.
  • CSWIP 3.1 Qaynaq Mufetiishliyi Sertifikati mutleqdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.