Bakı,
Azərbaycan
09/01/2026
-
23/01/2026
İş haqqında məlumat
- Qaynaqla əlaqəli daxil olan bütün sorğuların əvvəlcədən təhlil edilməsi, texniki və istehsalat baxımından qaynaqla bağlı bütün məqamların qiymətləndirilməsi;
- Sorğular üzrə işlərə başlanmazdan əvvəl qaynaq prosesinə aid bütün sənədlər toplusunun (WPS, PQR, ITP, prosedur və təlimatlar) hazırlanması, təsdiqlənməsi və istehsalatda tətbiqinin təmin edilməsi;
- İstehsal prosesi müddətində qaynaq işlərinə mütəmadi nəzarətin həyata keçirilməsi, Keyfiyyətə Nəzarət (KN) şöbəsindən qaynaqla əlaqəli hesabatların tələb edilməsi və nəticələrin təhlili;
- Səlahiyyəti çərçivəsində olan qaynaqçıların bacarıqlarının yoxlanılması, sertifikatlarının və ixtisaslarının müvafiq standartların (ISO, ASME və s.) tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
- İstehsalatın təşkili zamanı qaynaqçı, qaynaq ustası və digər birbaşa qaynaq işi və istehsalat prosesi ilə bağlı vəzifələrin müəyyən edilməsi və koordinasiyası;
- Qaynaq prosedurlarının (WPS), qaynaqçı sertifikatlarının hazırlanması, sınaqlarının təşkili və nəticələrinin sənədləşdirilməsi;
- Texniki tapşırıqların hazırlanması, nəzərdən keçirilməsi və qaynaq tələblərinin düzgün əks etdirilməsinin təmin edilməsi;
- Sub-kontraktorların qaynaq fəaliyyəti üzrə yoxlanılması, prosedur və keyfiyyət tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
- Qaynaq işçilərinin (qaynaqçıların) yoxlanılması, sertifikatlaşdırılması və sertifikatların qüvvədə olma müddətinə nəzarət edilməsi;
- Qaynaq avadanlıqlarının seçilməsi, istismar vəziyyətinin yoxlanılması, kalibrlənməsi və müvafiq texniki tələblərə uyğunluğunun təmin edilməsi;
- Qaynaq və müttəfiq proseslər üçün müvafiq prosedur spesifikasiyalarına istinad edən sənədlərin hazırlanması və təşkili;
- Qaynaqların icra ardıcıllığının müəyyən edilməsi və qaynaq xəritələrinin (Weld Map) hazırlanması;
- Ətraf mühit şəraitinin (külək, temperatur, yağıntı və s.) nəzərə alınaraq qaynaq proseslərinin mühafizəsinin təmin edilməsi;
- İxtisaslı kadrların (qaynaqçılar, qaynaq müfəttişləri) düzgün şəkildə təyin edilməsi və cəlb olunması;
- Qaynaq zamanı istilik rejimlərinin, əvvəlcədən istiliyin verilməsi və istiliklə tablama prosesləri üçün avadanlıqların təyini və müvafiq prosedurların hazırlanması;
- İstehsal sınaqlarının (mock-up, production test və s.) təşkili və nəticələrinin qiymətləndirilməsi;
- Qaynaq sərf materiallarının (elektrod, tel, qaz və s.) izlənməsi, uyğunluğunun təmin edilməsi və vaxtında sifariş edilməsi.
Tələblər
- Ali təhsil (mexanika, metallurgiya, qaynaq mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- Qaynaq işləri sahəsində minimum 3 il iş təcrübəsi;
- CSWIP 3.1 və ya CSWIP 3.2 sertifikatına malik olmaq üstünlük sayılır;
- IIW/IWE, CWE və digər müvafiq beynəlxalq sertifikat və diplomlara malik olmaq üstünlük sayılır;
- Keyfiyyət, təhlükəsizlik və istehsalat qaydalarına ciddi yanaşma;
- Analitik düşünmə və texniki problemləri operativ həll etmə bacarığı;
- Yüksək məsuliyyət hissi və detallara diqqətlilik;
- Komanda ilə işləmək və istehsalat heyətini effektiv şəkildə idarə etmək bacarığı.