Sumqayıt,
Azərbaycan
01.08.2025 05:15
-
01.09.2025 12:00
İş haqqında məlumat
- Layihə çertyojlarını, dizayn rəsmlərini və texniki təsvirləri diqqətlə nəzərdən keçirmək və anlayaraq icra olunmasına nəzarət etmək;
- İstehsalat proseslərinin müvafiq texniki tələblərə, təsdiq edilmiş layihə sənədlərinə, şirkət standartlarına və müştəri tələblərinə uyğun aparılmasını nəzarətdə saxlamaq;
- Layihə çərçivəsində təsdiq edilmiş qaynaq proseduru spesifikasiyaları (WPS), texniki standartlar və digər normativ sənədləri təhlil edərək, onların sahədə düzgün və tam şəkildə tətbiqinə nəzarət etmək;
- İnspeksiya və Test Planı (ITP) sənədini başa düşmək, bu plana uyğun yoxlama və test fəaliyyətlərinin vaxtında və düzgün aparılmasını təmin etmək;
- Qaynaq elektrodları və digər materialların anbar şəraitini gündəlik yoxlamaq, saxlamaya dair qeydiyyatları aparmaq, uyğun olmayan şərait barədə dərhal məlumat vermək;
- Kəsmə əməliyyatından sonra, ilkin yığma mərhələsində və qaynaqdan sonra məhsul ölçülərini yoxlamaq, texniki çertyojlarla uyğunluğunu qiymətləndirmək;
- Qaynaq prosesinin bütün mərhələlərində (əvvəl, proses zamanı və sonra) vizual və texniki yoxlamalar həyata keçirmək;
- Qaynaq birləşmələrinin formasının, ölçülərinin və səth keyfiyyətinin WPS (Qaynaq Proseduru Spesifikasiyası) tələblərinə uyğunluğunu yoxlamaq;
- İstehsalatda istifadə olunan avadanlıqların (qaynaq, kəsmə, əymə və.s) kalibrasiyasını, texniki və sazlığından əmin olmaq, uyğun olmayan avadanlıqların istifadəsinə yol verməmək və aidiyyəti üzrə məlumat vermək;
- Qaynaqçıların və digər operatorların təsdiq edilmiş proses üzrə ixtisas uyğunluğunu, etibarlı sertifikat və identifikasiya kartlarının mövcudluğunu yoxlamaq;
- Aparılmış qaynaq və ölçmə nəzarəti üzrə nəticələrin qeydiyyatı və aidiyyəti hesabatların hazırlanması;
- Uyğunsuz məhsul və prosesləri müəyyən etmək, müvafiq şəkildə işarələyərək təcrid etmək, karantinə almaq, aidiyyəti üzrə KT/KN Şöbəsinin rəhbərinə məlumat vermək, kök səbəb təhlilində iştirak etmək;
- Aşkarlanmış qüsurlar üzrə düzəldici və qarşısının alınması tədbirləri təklif etmək, icrasına nəzarət etmək və effektivliyini qiymətləndirmək;
- Müfəttiş ona təhkim olunmuş avadanlıqların kalibrləndiyindən, istifadəyə yararlı və hazır vəziyyətdə olduğundan əmin olmalıdır;
- İş zamanı təhlükəsiz iş qaydalarına, keyfiyyət və məhsuldarlıq standartlarına və şirkətin işgüzar davranış kodeksinə riayət etmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək/
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Qaynaq və Ölçüyə Nəzarət Üzrə Müfəttiş” yazaraq göndərə bilərlər.
Tələblər
- Ali təhsilli ;
- Vəzifə üzrə 3 il iş təcrübəsi ;
- İstehsalat sahəsində təcrübəsi olsun.