SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
4323
Tam iş günü
Sumqayıt, Azərbaycan
03.09.2025 04:59 - 03.10.2025 12:00

İş haqqında məlumat

  • Qaynaq işlərini aparıcı mühəndisin təyin etdiyi prosedur və texnologiyaya uyğun şəkildə həyata keçirmək;
  • Gündəlik işlərini rəhbərliyin göstərişlərinə və vəzifə təlimatına əsasən təşkil etmək;
  • Qaynaq aparatlarının işə başlamazdan əvvəl vizual yoxlanışını aparmaq, nasazlıqları aradan qaldırmaq və sahə rəisinə məlumat vermək;
  • Qaynağın temperatur rejiminə və keyfiyyətinə ciddi nəzarət etmək;
  • Müxtəlif növ metallardan, o cümlədən qara, əlvan, dupleks və paslanmayan metallardan qaynaq işlərini yerinə yetirmək;
  • Boruların və metal dirsəklərin qaynaq birləşmələrini həyata keçirmək;
  • Qaynaqların cilalanması və təmizlənməsi proseslərinə cavabdehlik daşımaq;
  • Qaynaq avadanlıqlarının düzgün istismarını təmin etmək və istifadə qaydalarına riayət etmək;
  • İş zamanı təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi əməl etmək;
  • İşə başlamazdan əvvəl sahə rəisinin tapşırıqları ilə tanış olmaq və verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Mürəkkəb metal konstruksiyaların çertyojlarını oxumaq və qaynaq texnologiyasını tətbiq etmək;
  • Qaynaq sərf materiallarının növlərini və qaynaq rejimlərinin seçilmə prinsiplərini bilmək;
  • İş qabağı şəxsi qoruyucu vasitələri yoxlamaq və istifadəsini təmin etmək;
  • İş bitdikdən sonra alət və avadanlıqları səliqəli şəkildə saxlayıb, iş yerini təmizləmək;
  • İstehsalatda yaranan problemlər barədə ustaya və rəhbərliyə vaxtında məlumat vermək.

Müraciət etmək üçün: [email protected]

Tələblər

  • Peşə məktəbi təhili;
  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Müvafiq qaynaq bacarığı üzrə sertifikat;
  • Qaynaq proseduru (WPS) ilə işləmə bacarığı;
  • Texniki çertyojların oxunması qabiliyyəti;
  • Qaynaq simvollarını tanımaq.