Bakı,
Azərbaycan
10/06/2026
-
24/06/2026
İş haqqında məlumat
- Metal konstruksiya və boruların qaynaq işlərini yerinə yetirmək;
- Boruların kəsilməsi, birləşdirilməsi və montajını həyata keçirmək;
- Nasaz metal hissələrin və avadanlıqların təmirini aparmaq;
- Qaynaq avadanlıqları və çilingər alətlərindən düzgün istifadə etmək;
- Texniki çertyoj və sxemlərə uyğun işləmək;
- Qaynaq tikişlərinin keyfiyyətini yoxlamaq və qüsurları aradan qaldırmaq;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
- İş zamanı aşkar olunan nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- İş yerinin və avadanlıqların saz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Müəssisədaxili intizam qaydalarına əməl etmək.
Əlavə Məlumat:
- Servis şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: 1042 Azn (Gross).
- İş saatları: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).
Tələblər
- Orta və ya orta ixtisas təhsili;
- Qaynaqçı peşəsi üzrə müvafiq kurs və ya peşə hazırlığı sertifikatının olması üstünlükdür.
- Elektrik, qaz və ya argon qaynağı üzrə təcrübə arzuolunandır.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.