Modern Engineering Bureau of Azerbaijan
Ə/h razılaşma ilə
574
Növbəli iş
Bakı, Azərbaycan
10/08/2026 - 24/08/2026

İş haqqında məlumat

  • Qazma qurğuları, metal konstruksiyalar, çənlər, boru kəmərləri və digər avadanlıqlar üzərində elektrik və qaz qaynaq işlərini yerinə yetirmək; 
  • Quyuağzı avadanlıqlarının (Wellhead), manifoldların, boru xətlərinin və metal konstruksiyaların quraşdırılması və sökülməsi zamanı qaynaq işlərini icra etmək; 
  • Qazma qurğularının quraşdırılması, sökülməsi və texniki təmiri işlərində iştirak etmək; 
  • Qaynaq işlərini texniki tələblərə, layihə sənədlərinə və keyfiyyət standartlarına uyğun yerinə yetirmək; 
  • Qaynaq avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını təmin etmək və nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq; 
  • İş yerində əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək; 
  • İş başa çatdıqdan sonra iş sahəsini və istifadə olunan avadanlıqları səliqəyə salmaq; 
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək. 

Tələblər

  • Orta və peşə təhsili; 
  • Müvafiq sahədə və qaynaqçı vəzifəsində minimum 1 il iş təcrübəsi; 
  • Elektrik və qaz qaynaq işləri üzrə praktiki bilik və bacarıqlar; 
  • Boru kəmərləri, metal konstruksiyalar və qazma avadanlıqlarının qaynağı üzrə iş təcrübəsi; 
  • Texniki çertyojları və qaynaq işlərinə dair sənədləri oxumaq bacarığı üstünlükdür; 
  • SƏTƏM, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər; 
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; 
  • Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar