PROES

Qaynaqçı (Boru işləri üzrə)

PROES
1000 - 1500 ₼
779
Tam iş günü
Bakı, Azərbaycan
06/04/2026 - 20/04/2026

İş haqqında məlumat

  • Müxtəlif diametrli metal boruların qaynaq işlərini layihə və texniki tələblərə uyğun yerinə yetirmək;
  • Boru xətlərinin (su, qaz, isitmə və digər sistemlər üzrə) montajı və qaynaq işlərində iştirak etmək;
  • Qaynaq işlərindən əvvəl materialların hazırlanması, kəsilməsi və təmizlənməsi işlərini aparmaq;
  • Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və standartlara uyğunluğunu təmin etmək;
  • Qaynaq avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək;
  • İş prosesində təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət etmək;
  • Texniki çertyoj və sxemlərə əsasən qaynaq işlərini yerinə yetirmək;
  • Quraşdırılmış boru xətlərinin sızdırmazlığının yoxlanılmasında iştirak etmək;
  • Zəruri hallarda təmir və bərpa qaynaq işlərini yerinə yetirmək;
  • İş sahəsinin təmiz və səliqəli saxlanmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş şəraiti:

  • Əmək haqqı: 1000-1500 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);
  • İş qrafiki 5 günlük, 09.00-18.00;
  • Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ

Tələblər

  • Müvafiq sahə üzrə peşə təhsili və ya sertifikat;
  • Boru qaynaq işləri üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Elektrik və qaz qaynaq üsullarını bilməli;
  • Texniki çertyojları oxuma bacarığı;
  • Qaynaq standartları və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • Fiziki cəhətdən sağlam və işə davamlı olmalı;
  • Komandada işləmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və intizamlı olmalı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.