Khazar Engineering

Qaynaqçı (dəniz işləri üçün)

Khazar Engineering
Ə/h razılaşma ilə
885
Tam iş günü
Bakı, Azərbaycan
18.08.2025 15:10 - 18.09.2025 12:00

İş haqqında məlumat

  • İşini yerinə yetirərkən təhlükəsizlik avadanlıqlarını işlətmək və təhlükəsiz i vərdişlərini yerinə yetirmək;
  • Əl, elektrik və ya qaz qaynağı avadanlıqlarından istifadə etməklə, metal parçalarını bir yerdə daimi və ya müvəqqəti qaynaq etmək;
  • Qaz fənəri və ya qızdırıcı obyektlərdən istifadə etməklə, qaynaq üçün hazırlanan iş parçalarını əvvəlcədən qızdırmaq;
  • Hissə və dəstləri qaynaq etmək üçün qaynaq maşınlarının müxtəlif növlərindən istifadə etmək;
  • Portativ laqonda və ərsindən istifadə etməklə iş parçasını nahamar yerlərdən təmizləmək;
  • Şərtdən asılı olaraq, hissələri yastı, üfüqi, şaquli və yuxarı mövqelərdə qaynaq etmək;
  • Metalın növü, qalınlığı, sahəsi və arzu olunan temperaturuna uyğun olaraq qaynaq çubuğunu seçmək, istiqamətini müəyyən etmək və bərkitmək;
  • İstehsal qaynaqlarını qaynaq etmək üçün sahibkar qaynaq proseduru ilə bağlı spesikasiyalarına əməl etmək;
  • Qaynaq etdiyi qaynaqların keyfiyyəti üçün məsuliyyəti üzərinə götürür. 

Əlaqə nömrəsi: +994 50 389 66 07

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Dəniz sertifikatı (BOSIET);
  • Qaynaqçının işlədiyi xüsusi proses üzrə əvvəlki ixtisas sertifikatı;
  • Qaynaq maşınlarının istifadəsi, təmiri və texniki baxımı da daxil olmaqla qaynaq maşınları haqqında biliklər;
  • Komponentlərin qaynaq edilməsi zamanı vaxtın səmərəli təşkil edilməsi üçün xam materiallar, istehsal prosesləri, keyfiyyətə nəzarət və müxtəlif materialların qaynaq üsulları barədə biliklər.