North West Construction

Qaynaqçı (MIQ apparatı)

North West Construction
Ə/h razılaşma ilə
125
Tam iş günü
Bakı, Azərbaycan
24/11/2025 - 24/12/2025

İş haqqında məlumat

  • Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
  • Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir;
  • İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
  • Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
  • Temperatur rejiminə ciddi nəzarət etməlidir;
  • Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s;
  • Qaynaq avadanlıqlarının quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
  • İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir;
  • Qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir.

İş yeri: Bakı şəhəri, Abşeron rayonu.

Bu vəzifəyə müraciət etmək üçün CV-nizi "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.CV göndərən zaman vəzifənin adını “Qaynaqçı” mövzu bölməsində göstərin. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

  • Orta-texniki təhsil;
  • Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst bilməli.

Oxşar vakansiyalar