Tamstore

Qaynar xətt operatoru

Tamstore
Ə/h razılaşma ilə
1488
Tam iş günü
Bakı, Azərbaycan
29.09.2025 03:40 - 29.10.2025 12:00

İş haqqında məlumat

  • Müştərilərin Qaynar xətt və sosial şəbəkələr üzərindən daxil olan sorğularını cavablandırmaq;
  • Məhsul və xidmətlər barədə müştərilərə dəqiq məlumat vermək;
  • Müştəri müraciətlərini operativ şəkildə yönləndirmək və problemlərin həllinə dəstək olmaq;
  • Daxil olan zənglərin qeydiyyatını aparmaq və hesabat hazırlamaq;
  • Müştəri məmnuniyyətini təmin etmək və yüksək xidmət standartlarını qorumaq.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Qaynar xətt operatoru” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ya ingilis dili bilikləri üstünlükdür);
  • Düzgün diksiyaya sahib olmaq;
  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
  • Müştəriyönümlü düşüncə və komanda ilə işləmə qabiliyyəti;
  • Kompüter bilikləri (MS Office, CRM sistemləri).

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil;
  • Müştəri xidmətlərində iş təcrübəsi üstünlük hesab olunur.


Oxşar vakansiyalar