Bakı,
Azərbaycan
18/03/2026
-
01/04/2026
İş haqqında məlumat
- Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini icra etmək;
- Sayğaclaraa texniki baxış keçirmək, qüsurların qeydiyyatını aparmaq;
- Yararsız, işləməyən, müdaxilə, müraciətlər əsasında sayğacları əvəzləmək və ya çıxarmaq;
- Nəzarət ölçü cihazlarını təmir etmək, nizamlamaq, sınaq etmək, yustirləmək, quraşdırımaq və təhvil vermək, onlarda göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğusunu qoymaq;
- Cihazların işindəki qüsurları aşkar etmək və aradan qaldırmaq;
- Xidmət göstərdiyi inzibati ərazidə dövrü olaraq (hər ay üçün müəyyən edilmiş tarixədək) istehlakçıların sayğac göstəricilərini qeydiyyata almaq və məlumatları aidiyyəti üzrə təqdim etmək;
- Aşağı təzyiqli qaz şəbəkisinə və üzərində olan avadanlıqlara dislokasiya marşurutu üzrə plana uyğun, həmçinin plandan kənar texniki baxış keçirmək;
- Texniki baxışın nəticələrinə əsasən sızma hallarının qarşısını almaq;
- Aylıq sayğac oxuma prosesini icra tmək(göstəricilərin götürülməsi);
- Abonentlərə Kağız və SMS bildirişlər təqdim etmək;
- Qaz təminatını dayandırmaq və bərpa olunmasını təmin etmək;
- Qaynaqla qaz kəsimi zamanı prosesdə iştirak etmək;
- Xidməti ərazidə qaz xətlərinə, onların üzərində quraşdırılan avadanlıqlara, ölçü cihazlarına bütün növ müdaxilələrin - qaz xətləri, qaz sayğacları və qaz cihazlarının özbaşına çəkilməsi, yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
- Müdaxilə, qanunsuz yerdəyişmə, quraşdırmalar aşkarlandığı təqdirdə dərhal xidmət rəhbərliyinə və Qəza-Çağrı xidmətinin 104 №-li telefon nömrəsinə operativ məlumat vermək.
Tələblər
- Təhsil pilləsi:Tam orta təhsil
- Tələb edilən iş stajı yoxdur
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.