Qazma qurğuları üzrə çilingər
Modern Engineering Bureau of Azerbaijan
Ə/h razılaşma ilə
543
Tam iş günü
Bakı,
Azərbaycan
10/08/2026
-
24/08/2026
İş haqqında məlumat
- Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidmət, təmir və sazlama işlərini həyata keçirmək;
- Qazma alətlərinin açma mexanizmləri, qazma bucurqadları, dizel mühərrikləri, hidravlik avadanlıqlar, məhlul hazırlama avadanlıqları, köməkçi bucurqadlar və qaldırıcı kranların texniki baxış və təmirini aparmaq;
- Quyuağzı avadanlıqların, fontan armaturunun quraşdırılması, həmçinin qazma qurğularının quraşdırılması və sökülməsi işlərində iştirak etmək;
- Avadanlıq və alətlərin saz vəziyyətdə saxlanılmasını təmin etmək, aşkar edilmiş nasazlıqları aradan qaldırmaq;
- İşə başlamazdan əvvəl iş yerini, alətləri, avadanlıqları və fərdi mühafizə vasitələrini yoxlamaq;
- Təmir və texniki xidmət işlərini təhlükəsizlik qaydalarına uyğun yerinə yetirmək;
- İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş qaydada yerləşdirmək;
- SƏTƏM, əməyin mühafizəsi, ekoloji və istehsalat intizamı tələblərinə riayət etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür);
- Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
- Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər;
- Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı;
- SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər;
- Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
- Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun