Bakı,
Azərbaycan
14/09/2026
-
28/09/2026
İş haqqında məlumat
Şirkət: “Hotels Qrup” MMC “FLY INN Baku” mehmanxanası
Vəzifə öhdəlikləri:
- Qəbul və qeydiyyat şöbəsinin gündəlik fəaliyyətini idarə etmək;
- Mehmanxananın SOP-si nəzərə alınmaqla əməkdaşları öyrətmək, dəstək vermək və nəzarət etmək;
- Resepşn, rezervasiya və qonaqla əlaqələr proseslərinə nəzarət etmək;
- Qonaqların qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Check-in və check-out proseslərinin düzgün və operativ təşkilinə nəzarət etmək;
- Qonaq məmnuniyyətini və otelin xidmət standartlarını yüksək səviyyədə saxlamaq;
- Qonaq şikayətlərini operativ həll etmək və lazımi tədbirlər görmək;
- Günlük hesabatlara, kassa əməliyyatlarına və digər prosedurlara nəzarət etmək;
- Digər şöbələrlər effektiv koordinasiya yaratmaq.
- Şöbə büdcəsinin idarə edilməsi;
- 3 növbəli davamiyyət cədvəlinin hazırlanması;
- Qəbul və qeydiyyat işçiləri üçün iş yüklərini planlaşdırmaq və bölüşdürmək;
- Qəbul zamanı nizamlı görünüşün təşkilindən məsul olmaq;
Tələblər
- Ali təhsil;
- Otelçilik və ya turizm sahəsində müvafiq iş təcrübəsi;
- Qonaqpərvərlik sahəsində azı 3 il rəhbər kimi iş təcrübəsi
Tələb olunan biliklər: - Qonaqpərvərlik sahəsində xidmət standartları;
- Azərbaycan; Rus və İngilis dili biliyi;
- Opera programı
- Microsoft Office programları: Outlook, Word və Excel
Tələb olunan bacarıqlar:
- Liderlik, komanda idarəetməsi və problem həll etmə bacarığı;
- Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
- Qonaq yönümlü və məsuliyyətli yanaşma;
- Stressli vəziyyətləri düzgün idarə etmə;
Gözlənilən davranışlar: - Nizam-intizam;
- Problem həll etmə qabiliyyətləri
- Rəhbərlik bacarığı;
İş qrafiki: - 5 günlük iş rejimi (Növbəli iş qrafiki)
- Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası
- İşə gəliş servislə təmin edilir.