Bakı,
Azərbaycan
26/01/2026
-
09/02/2026
İş haqqında məlumat
- Ət və ət məhsullarının qəbulunda keyfiyyətə, çəkisinə və təzəliyinə nəzarət etmək
- Ət məhsullarını növünə uyğun şəkildə doğramaq, hissələrə ayırmaq və emal etmək
- Gündəlik menyuya uyğun olaraq mətbəxi lazımi ət məhsulları ilə təmin etmək
- Ət məhsullarının düzgün temperaturda və qaydalara uyğun saxlanılmasını təmin etmək
- Sanitar-gigiyenik normalara (HACCP və s.) ciddi riayət etmək
- İş alətlərinin (bıçaq, doğrama lövhəsi və s.) təmizliyini və təhlükəsiz istifadəsini təmin etmək
- İstifadə müddəti bitmiş və yararsız məhsullar barədə rəhbərliyə məlumat vermək
- Məhsul itkilərinin və israfın qarşısını almaq
- Təhlükəsizlik qaydalarına və daxili intizam qaydalarına əməl etmək
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Razılaşma əsasında
Tələblər
- Qəssab və ya oxşar vəzifədə minimum 1–2 il iş təcrübəsi
- Ət və ət məhsullarının doğranması və emalı üzrə praktiki bilik
- Sanitar-gigiyenik qaydalar (HACCP) haqqında anlayış
- Fiziki cəhətdən dözümlülük
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq
- Komandada işləmək bacarığ
- Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.