Bakı,
Azərbaycan
25.09.2025 04:16
-
25.10.2025 12:00
İş haqqında məlumat
- Peşəkar, səmimi və cəlbedici xidmət göstərmək;
- Qeydiyyat prosesindən çıxışadək qonaqlara yüksək səviyyəli xidmət göstərmək;
- Rezervasiyaların idarə olunması, dəyişikliklər, ləğvlər və xüsusi istəklərin müştəri yönümlü həlli;
- Ödənişlərin işlənməsi və maliyyə qeydlərinin düzgün aparılması;
- ALL – Accor Live Limitless loyallıq proqramını qonaqlara təqdim etmək və üzvlüyə cəlb etmək;
- Telefon zənglərinə peşəkar cavab vermək və mesajları düzgün çatdırmaq;
- Kassa hesabatlarının aparılması və balanslaşdırılması;
- İlk dəfə gələn qonaqlarla ünsiyyət qurmaq, lobbi ilə tanış etmək və istiqamətlər göstərmək;
- Otel imkanları və promosyonları barədə məlumat vermək;
- Şöbələr arasında effektiv kommunikasiya qurmaq və xidmətin problemsiz aparılmasını təmin etmək;
- Qonaqların zənglərini adla qarşılayaraq ACCOR standartlarına riayət etmək;
- Otel və yerli xidmətlər barədə müasir biliklərə malik olmaq;
- Opera qonaq profil sistemində qonaq məlumatlarını izləmək;
- Oyanış zənglərinin vaxtında və standartlara uyğun həyata keçirilməsini təmin etmək;
- Daxili və xarici zənglərin sürətli və düzgün ötürülməsini təmin etmək;
- Təhlükəsizlik qaydaları və departament siyasətlərinə ciddi riayət etmək;
- Lazım gəldikdə digər tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur
Tələblər
- İngilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- Opera Cloud və ya oxşar PMS sistemlərində təcrübə üstünlükdür;
- Şəxsi təqdimata diqqət və güclü kommunikasiya bacarıqları;
- Müştəri məmnuniyyətinə yönəlmiş və pozitiv münasibət;
- Həftənin 7 günü növbəli qrafikdə işləməyə hazır olmaq (səhər, günorta, gecə növbələri daxil olmaqla);
- Detallara diqqət və təşkilatçılıq bacarıqları;
- Orta təhsil və ya ali təhsil (qonaqpərvərlik sahəsində üstünlükdür);
- Peşəkar görünüş və pozitiv münasibət.