Bakı,
Azərbaycan
04/02/2026
-
18/02/2026
İş haqqında məlumat
- Daxil olan zənglərin cavablandırılması və ehtiyac olduqda istiqamətləndirilməsi və yönləndirilməsi;
- Sosial mediadan daxil olan mesaj və müraciətlərin cavablandırılması;
- Gələn valideynlərin və şagirdlərin qarşılanması, məlumatlandırılması, ehtiyac yarandıqda yönləndirilməsi, dəstək olunması;
- Keçirilən proqramlar barədə məlumatların verilməsi;
- Şagirdlərin qeydiyyatının aparılması;
- Müvafiq qaydada ödənişlərin qəbul edilməsi və sənədləşdirilməsi;
- Giriş/çıxış kartlarının sifarişlərinin qəbul olunması;
- Sənədlərin qəbulu/göndərilməsi;
- Müraciətlər zamanı verilən sualların düzgün cavablandırılması;
- E-mail və yazışmaların həyata keçirilməsi, müştəri sorğularının və şikayətlərin qeyd edilməsi;
- Müştərilərdə yaranmış problemlərin operativ həll edilməsi;
- Birbaşa rəhbərlik tərəfindən təyin olunmuş tapşırıq və sorğuların icrası.
Niyə bizə qoşulmalısınız:
- Yenilikçi və dəstəkçi komandaya qoşulma.
- Rəqabətli əmək haqqı və sosial paket.
- Peşəkar inkişaf imkanları.
- Yer: Bakı şəhəri
İş saatları: Həftəlik 40 saat
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Yüksək səviyyədə azərbaycan dili və rus dili biliyi;
- İngilis dili arzu olunandır;
- Yaxşı ünsiyyət bacarığı;
- Müştəri yönümlülük;
- Dəqiqlik və məsuliyyətlilik, komandada işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.