Bakı,
Azərbaycan
26/05/2026
-
09/06/2026
İş haqqında məlumat
- Klinika daxilində pasiyentlərin qarşılanması, qeydiyyata alınması və müvafiq həkimlərə yönləndirilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması, pasiyentlərin müayinə və qəbullara yazılması (məlumat bazasının idarə edilməsi);
- Pasiyentlərə göstərilən tibbi xidmətlər, həkim qəbulları və analizlər barədə ilkin (ümumi) məlumatların verilməsi;
- Tibbi sənədlərin, xəstə kartlarının və hesabatların nizamlı şəkildə arxivlənməsi və qorunması;
- Kassa və ödəniş əməliyyatlarının həyata keçirilməsi.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 09.00-dan 18.00-kimi
- İş yeri: Bakı ş, Nərimanov ray.Sabit Rəhman 35
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 400-500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil : Tibb Kolleci və ya Tibb Universiteti məzunlarına üstünlük verilir
- İş təcrübəsi : 1 ilə kimi
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti
- Kompüter Bilikləri: MS Office (Word, Excel) proqramları ilə sərbəst işləmək bacarığı (tibbi proqramlarla işləmə təcrübəsi olanlara üstünlük verilir);
- Yüksək ünsiyyət, stressə davamlılıq və problemləri operativ həll etmə bacarığı;
- Səliqəli, punktual və komandada işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.