Xankəndi,
Azərbaycan
16/01/2026
-
30/01/2026
İş haqqında məlumat
- Cəmiyyətə gələn qonaqları nəzakətli və gülər üzlə qəbul edir, onlara qarşı diqqətli olur, onların müraciəti əsasında onları müvafiq bölmə və ya şöbələrə istiqamətləndirir;
- Cəmiyyətin adına gələn məktubları, teleqrafları və digər sənədləri qəbul edir, qəbul edilmiş qaydalara uyğun olaraq sənədləri sistemləşdirir, müvafiq bölmə və ya şöbələri məlumatlandırır;
- Cəmiyyətin bölmə və şöbələri tərəfindən göndəriləcək sənədlərin və ya məktubların göndərilməsi işini təşkil edir, onlara nəzarət edir, məlumatı rəsmiləşdirir, müvafiq qurum və şöbələrə nəticə barədə məlumat verir;
- Kargüzarlıq işini aparır, təsdiq olunmuş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların mühafizəsini təmin edir və qanunvericilik əsasında müəyyən edilmiş vaxtda arxivləşdirir;
- Rəhbərlik tərəfindən müəyyən olunmuş iclas və müşavirələrin vaxtını və yerini müəyyən olunmuş qaydalar əsasında işçilərə məlumat verir, lazım olan sənədləri hazırlayır, qəbul edilən qərarların qeydiyyatını aparır, protokolları hazırlayır, onları rəsmiləşdirir;
- Rəhbərlik tərəfindən müəyyən olunmuş müvafiq qərarların işçilərə elan olunmasını təmin edir;
- Rəhbərliyin və digər işçilərin dəftərxana ləvazimatlarını və texniki-təşkilati vasitələrə ehtiyacını müəyyən edir, onların təmin olunması üçün müvafiq bölmə və şöbələrə məlumat verir, onların ehtiyacı olan dəftərxana ləvazimatları və texniki-təşkilati vasitələrlə təmin olunmasını təşkil edir;
- Əmək qanunvericiliyinin tələblərini bilmək, əmək məşğulluq alt sistemində işçilərlə əmək müqaviləsinin bağlanmasını, xitamını təşkil edir və sistem üzərindən digər işlərin həyata keçirilməsini təmin edir;
- Rəhbərlik tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq işçilərin şəxsi sənədlərini qəbul edir, rəhbərlik, bölmə və şöbə rəhbərləri tərəfindən həmin sənədlərin imzalanmasını təşkil edir;
- Rəhbərliyin tələbi əsasında sənədləri hazırlayır, redaktə edir, imzalanması işini təşkil edir, sənədlərin surətinin (kseroks və scan) çıxardılmasını, çoxaldılmasını təmin edir;
İş şəraiti:
- İş yeri – Qarabağ, Xankəndi şəhəri
- Pozitiv və dəstəkləyici iş mühiti
- Karyeranın inkişaf etdirilməsi mümkün olan iş mühiti
- İş qrafiki: altı günlük
- Əmək haqqı 600-800 azn (işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır)
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi arzuolunandır.
Bacarıq və səriştələr:
- Korporativ müştərilərlə iş təcrübəsi;
- Əmək və məşğulluq alt sistemində işləmək bacarığı;
- Ünsiyyətcil olmalı;
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
- Problemləri həll etmə bacarığı olmalıdır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.