Bakı,
Azərbaycan
07.08.2025 04:05
-
07.09.2025 12:00
İş haqqında məlumat
Ərazi: Şuşa (“Qarabağ” və “Xarı Bülbül” otelləri)
- Qonaqların qeydiyyata alınması və oteldən çıxış proseslərini səmərəli şəkildə həyata keçirmək, onları mehriban və peşəkar tərzdə qarşılamaq;
- Qonaqların suallarını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək və müsbət qonaq təcrübəsini təmin etmək;
- Oteldə təqdim olunan xidmətlər, kampaniyalar, otaq növləri və xüsusi endirimlər haqqında ətraflı məlumat vermək;
- Rezervasiya sistemini idarə etmək, qonaq məlumatlarını yeniləmək və otaqların düzgün bölüşdürülməsini təmin etmək;
- Gələn zəngləri cavablandırmaq və digər şöbələrlə əlaqələndirmə aparmaq.
- Gündəlik hesabatlar hazırlamaq, nağd əməliyyatları aparmaq və düzgün qeydiyyat aparmaq;
- Otelin daxili qayda və prosedurlarına riayət etmək, təhlükəsizlik, məxfilik və uyğunluğu təmin etmək.
Vəzifə üzrə təminatlar:
- Qalma yeri və gündə 3 dəfə yeməklə təmin olunur.
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Qeydiyyatçı" mövzusu ilə göndərmələri xahiş olunur.
Tələblər
- Oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
- Yüksək ünsiyyət bacarığı və qonaq yönümlü yanaşma;
- MS Office proqramları və otel idarəetmə proqramlarında (məsələn, Opera PMS və Electra PMS) işləmə bacarığı.
Şəxsi keyfiyyətlər:
- Mehriban və yaxın ünsiyyət tərzi;
- Diqqətlilik və yüksək təşkilatçılıq bacarığı;
- Təzyiq altında sakit və peşəkar qalmaq bacarığı;
- Fəal və komanda ilə işləmə bacarığı.