CP

Qeydiyyatçı/Reception

City Point Baku
Ə/h razılaşma ilə
749
Tam iş günü
Bakı, Azərbaycan
24/11/2025 - 24/12/2025

İş haqqında məlumat

  • Ziyarətçilərin və qonaqların nəzakətlə qarşılanması və qəbulu
  • Gündəlik ziyarətçilərin və işçilərin qeydiyyatının aparılması
  • Ziyarətçilərin yoxlanılması və identifikasiyası
  • Müştərilərin və ya ziyarətçilərin sorğularının qeydə alınması və müvafiq şirkətdaxili  şəxslərə yönləndirilməsi
  • Daxil olan zənglərin cavablandırılması və müvafiq olaraq yönləndirilməsi
  • Təyin olunan görüş cədvəlinin idarəedilməsi və görüş otaqlarının nəzarətdə saxlanılması
  • Şəxsi və telefon ilə gələn sorğuların cavablandırılması və ilkin məlumatlar ilə təmin edilməsi
  • Daxil olan və göndərilən məktubların, paketlərin və çatdırılmaların qeydə alınması və müvafiq olaraq yönləndirilməsi
  • Standart vəziyyətlərin və ziyarətçi sorğularının operativ həlli
  • Sənədlərin arxivləşdirilməsi, məlumatların şirkətdaxili bazaya daxil edilməsi
  • Zərurət olduqda, digər şirkətdaxili şöbələrə inzibati tapşırıqlarda dəstəyin olunması
  • Nəzakətli atmosfer və yüksək səviyyəli xidmətin qorunması

Əlavə məlumat:

  • Əmək haqqı: 650 AZN net

Qeyd: Xahiş olunur CV məlumatlarınızı foto daxil  "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

Tələblər

  • Xanım namizəd tələb olunur
  • Nəzakətli, xoş və peşəkar ünsiyyətin qurulması
  • Operativ, diqqətçil və stressə davamlılıq
  • Azərbaycan və Rus dili bilikləri sərbəst, ingilis dili orta səviyyədə olması arzuolunandır
  • Microsoft Office proqramlarında (Word, Excell, Outlook) istifadə bacarığı
  • Güclü kommunikasiya və müştəri xidməti bacarıqları
  • Yüksək təşkilatı və multitasking bacarıqları
  • Müstəqil və komanda ilə işləmə bacarıqları

Oxşar vakansiyalar