General Supply

QHSE Specialist

General Supply
Ə/h razılaşma ilə
3150
Tam iş günü
Bakı, Azərbaycan
15.10.2025 05:02 - 15.11.2025 12:00

İş haqqında məlumat

  • ISO 9001, ISO 14001 və ISO 45001 standartlarına uyğun QHSE sistemlərinin qurulması və təkmilləşdirilməsi;
  • QHSE idarəetmə sisteminə uyğun qeydlərin aparılması və saxlanılması;
  • Prosedurların hazırlanması və onların tətbiqinin təmin edilməsi;
  • Daxili auditlərin aparılması, xarici auditlərdə iştirak;
  • Uyğunsuzluqların (NCR) qeydiyyatı, izlənməsi və bağlanmasının təmin olunması;
  • HSE maarifləndirməsinin təşkili (təlimlər, təqdimatlar və s.)
  • Daxili yoxlamalar və nəticələrin izlənməsi;
  • Risk qiymətləndirmələrinin aparılması;
  • Keyfiyyət hesabatlarının hazırlanması və təkmilləşdirmə təkliflərinin verilməsi;
  • Ofis və sahə üzrə HSE yoxlamalarının aparılması;
  • HSE hadisələrinin araşdırılması və hesabatların hazırlanması;
  • Qanunvericiliyə və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi;
  • Təhlükəsizlik və ətraf mühit üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət.

Biz təklif edirik:

  • Seçim əsasında iş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00 və ya 08:00 – 17:00;
  • Şəhərin mərkəzində yerləşən komfortlu ofis;
  • Gənc və mehriban kollektiv;
  • Tibbi sığorta ilə təmin olunma;
  • Korporativ mobil nömrə;
  • Əmək haqqı: Razılaşma yolu ilə.

Maraqlanan namizədlərdən mövzu hissəsində “QHSE Specialist” yazmaqla CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Aidiyyəti sahədə bakalavr dərəcəsi
  • QHSE sahəsində 3 ildən yuxarı təcrübə;
  • İngilis dili biliyi (Rus dili üstünlükdür);
  • ISO 9001, ISO 14001, ISO 45001 üzrə daxili auditor sertifikatı;
  • IOSH, NEBOSH kimi HSE ixtisas sertifikatları;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək təşkilatçılıq bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • İş yükünü prioritetləşdirmək bacarığı;
  • Komandada işləmə bacarığı.