hrin.az

Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer

PJA MMC

Əmək haqqı: Razılaşma

88421 oktyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliBaşlanğıc
İngilis diliBaşlanğıc

İş haqqında

İş qrafiki: Tam iş günü 5 günlük 

İş yeri: Şirkətin və Müştərilərin istehsalat sahələri və restoranları (zərurət yarandıqda digər obyektlərə ezamiyyətlər)

Əsas funksional öhdəliklər və gündəlik tapşırıqlar:

Sistem və Standartların Qurulması:

  • Beynəlxalq qida təhlükəsizliyi standartlarına (HACCP, ISO 22000 və s.) uyğun olaraq istehsal proseslərinin qurulmasını, tətbiqini və optimizasiyasını təmin etmək;
  • İstehsalat sahələrində vahid standartların, prosedurların (SOP) və HACCP üzrə kritik nəzarət nöqtələrinin monitorinq planlarının hazırlanmasını təşkil etmək;
  • Xammalın qəbulundan son məhsulun təqdimatına qədər bütün mərhələlər üzrə keyfiyyət nəzarət sistemini qurmaq;
  • İstehsal sahələrinin daha səmərəli istifadəsi, məhsuldarlığın artırılması və itkilərin azaldılması üzrə təkliflər hazırlamaq.

Gündəlik Nəzarət və Monitorinq:

  • İstehsalat sahələrində iş günü başlanğıcında sanitariya vəziyyətini, işçilərin şəxsi gigiyenasını, xüsusi geyim tələblərini və davamiyyəti yoxlamaq;
  • Soyuducu, dondurucu və digər sahələrdə temperatur rejimlərini, nəzarət qeydlərini və qida təhlükəsizliyi göstəricilərini daimi izləmək;
  • Xammal və yarımfabrikatların anbardan istehsalata FIFO/FEFO prinsiplərinə uyğun buraxılmasına, etiketlənməyə və partiya izləniləbilənliyinə nəzarət etmək;
  • Məhsulların reseptura, texnoloji xəritə, çıxış norması, dad, görünüş, tekstura və təqdimat standartlarına uyğun hazırlanmasını izləmək;
  • Çarpaz çirklənmə risklərini, allergen idarəetməsini və təmiz/çirkli axın ayrımını gündəlik yoxlamaq.

Audit, Təlim və Dövlət Qurumları ilə İş:

  • Mövcud proseslərin kompleks auditini (planlı və plansız yoxlamalar) təşkil etmək, riskləri müəyyən edərək inkişaf planları hazırlamaq;
  • Xammal, yarımfabrikat və hazır məhsul üzrə keyfiyyət uyğunsuzluqları aşkar etdikdə dərhal müdaxilə etmək, məhsulu ayırmaq və düzəldici/qabaqlayıcı tədbirlər görmək;
  • Restoran və istehsalat heyəti üçün qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə təlim proqramları hazırlamaq və keçirilməsini təmin etmək;
  • Dövlət qurumları ilə qarşılıqlı əlaqəni təşkil etmək, yoxlamalar zamanı şirkəti və Müştəriləri təmsil edərək yoxlamaların uğurla keçməsini təmin etmək;
  • Qida təhlükəsizliyi və keyfiyyət üzrə sənədləşmənin aparılmasını və normativ tələblərə uyğunluğunu təmin etmək.

Namizədə dair tələblər:

  • Təhsil: Qida mühəndisliyi, Kimya, Biologiya və ya aidiyyəti sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Qida sənayesi, istehsalat və ya iaşə (restoran) sektorunda Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sahəsində menecer olaraq ən azı 3-5 il iş təcrübəsi;
  • Sertifikatlar: ISO 22000 və HACCP standartları üzrə sertifikatların olması mütləqdir;
  • Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsindəki qanunvericilik aktlarını, AQTA (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) tələblərini və normativ-hüquqi sənədlərini mükəmməl bilmək;
  • Şəxsi keyfiyyətlər: Yüksək liderlik, komanda idarəetməsi, operativ qərarvermə və funksional koordinasiya bacarıqları; risklərin analizi və problem həlletmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilsi və Rus dili biliyi arzuolunandır

 Şirkət təklif edir:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Peşəkar komandada işləmək və karyera baxımından inkişaf imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək).