İş haqqında məlumat
Bu vəzifəni icra edəcək əməkdaşımız təchizatçılarından qiymət təklifləri alıb satış əməkdaşlarımızın sorğularına qiymət təklifləri verəcək. Bəzi hallarda yeni marka vəya məhsul axtarmaq lazım olduğu hallarda yeni təchizatçılar axtarışı etmək də lazım olacaq. Verdiyimiz qiymət təkliflərindən sifarişə çevrilmiş məhsulları isə sifariş edib, Azərbaycana vəya sifariş verilən ölkəyə çatdırılması üçün lazımi daşıma və broker şirkətlərinə yönləndirəcək. Bu işləri görmək üçün isə satdığımız bütün növ İT və elektronika məhsullarının texniki göstəricilərini ya bilməli ya da qısa müddətdə öyrənməli olacaqsınız. (Sizin bunları öyrənməyiniz üçün elektron dərslik və təlimlər tərəfimizdən təşkil olunur).
- Yerli və Xarici bazarın araşdırılması, təchizatçı bazasının müntəzəm olaraq yenilənməsi
- Təchizatçılardan mütəmadi olaraq yenilənmiş qiymət cədvəllərinin alınması
- Təchizatçılardan sorğulara uyğun qiymət təkliflərinin alınması
- Təchizatçılardan gələn təkliflərin müqayisəli təhlilini apararaq, rəhbərliyə təqdim edilməsi
- Məhsulların və qiymətlərinin ERP sistemə əlavə edilməsi, yenilənməsi
- Sifariş olunmazdan əvvəl anbardan olmayan məhsullar üçün qiymətlərin təkrar yoxlanılması
- Təsdiqlənmiş məhsulların və xidmətlərin sifarişi, ödənişlərinin icrasının təmin edilməsi
- Sifarişlərin statuslarının izlənilməsi, vaxtında çatdırılmasının təşkili və nəzarəti
- Daşıma və gömrük prosesini nəzarətdə saxlayaraq, invoice və s. kimi sənədləri aidiyyatı şəxslərə göndərmək
- Gömrük rəsmiləşdirilməsi zamanı məhsullar və sənədlərlə bağlı sualların cavablandırılması
- Yerli və beynəlxalq satış mütəxəssislərimiz üçün qiymət cədvəlləri hazırlayıb, yeniləmək
- Qiymətləndirmə və satınalma üzrə bütün görülmüş işlərin və sənədləşdirmələrin daxili ERP proqramında düzgün, əhatəli şəkildə qeydiyyatı
- Təchizatçılardan gələn ödəniş sənədlərinin verilmiş sifarişə uyğunluğunun təsdiqlənib mühasibatlıq şöbəsinə təqdim edilməsi
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
- Görülmüş işlər və planlar barədə aylıq və illik hesabatların hazırlanması
İş mühiti
- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00, Şənbə günü (xüsusi hallarda, əlavə ödənişli olaraq)
- Əmək haqqı: stabil əmək haqqı + bonus (tələblərə cavab verən namizədin istəyi nəzərə alınır)
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
- Bir aylıq ödənişli sınaq müddəti
- Məhsul və xidmətlər haqqında təlimlər
Tələblər
- Güclü şifahi və yazılı korporativ danışıqların aparılması, təqdimat bacarıqları
- Dəqiqlik, innovativ düşünmə, operativlik, detallara fikir vermə qabiliyyəti
- Məsuliyyətli, nəzakətli, disiplinli, prinsip və dəyərlərə sadiqlik
- Analitik düşünmə, təhlil etmə, qərar vermə, planlama və problem həll etmə bacarıqları
- Daim öyrənməyə meyilli, paralel olaraq bir neçə tapşırığı idarə etmək bacarığı
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
- Danışıq və yazışma səviyyəsində Azərbaycan və İngilis dili biliyi məcburidir, Rus dili biliyi üstünlükdür
- Güclü kompüter istifadəçisi, sürətli çap
- MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
- İş təcrübəsi – 1-3 il
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.