Gabala Hospitality Group

Qonaqların qəbulu üzrə qeydiyyatçı / Reception

Gabala Hospitality Group
600 ₼
678
Növbəli iş
Qəbələ, Azərbaycan
05/03/2026 - 19/03/2026

İş haqqında məlumat

  • Qonaqları mehriban və peşəkar şəkildə qarşılamaq, giriş və çıxış proseslərini səmərəli idarə etmək;
  • Otel xidmətləri, otaq növləri və mövcud endirimlər haqqında məlumat vermək;
  • Müştərilərin müraciət və problemlərini səlahiyyətləri çərçivəsində həll etmək;
  • Telefon zənglərini qəbul etmək və zərurət yarandıqda digər şöbələrlə əlaqə yaratmaq;
  • Qeydiyyat sistemini idarə etmək və qonaq məlumatlarını mütəmadi olaraq yeniləmək;
  • Gündəlik hesabatlar hazırlamaq və nağd əməliyyatları idarə etmək;
  • Təhlükəsizlik və məxfilik tələblərinə uyğunluğu təmin edərək, otel siyasət və prosedurlarına riayət etmək.

İmtiyazlar: 

  • Gabala Hospitality Groupa daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
  • Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
  • Səmimi və dəstəkləyici iş mühiti.
  • Digər təminatlar: Gabala Hospitality Groupun siyasətinə uyğun

İş şərtləri:

  • Əmək haqqı 600 AZN + tips
  • İş vaxtı: Hər gün 7 saat
  • Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel

İş yeri - Qəbələ şəhərindədir.

Tələblər

  • Təhsil – Orta ixtisas və ya ali təhsil
  • Yaş: 22 - 35
  • Dil bilikləri: İngilis dili (ən azı orta səviyyədə);
  • Müvafiq vəzifə üzrə 3 (üç) ay iş təcrübəsi arzuolunandır;
  • Səlis danışıq və fikrini aydın ifadə etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Diqqətli, məsuliyyətli və cəld olmalı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar