ROOF Academic Training

Qrafik dizayner

ROOF Academic Training
1200 - 1500 ₼
3309
Tam iş günü
Bakı, Azərbaycan
08.08.2025 03:24 - 08.09.2025 12:00

İş haqqında məlumat

Roof Academic Training brend kimliyini əks etdirən sosial media postları və digər marketinq materiallarının dizaynını həyata keçirmək, vizual kommunikasiyanı gücləndirmək və şirkətin ümumi tanıtım strategiyasına dizaynla dəstək olmaq.

  • Sosial media üçün kreativ və brendə uyğun dizaynlarının hazırlanması (marketing komandasının digər üzvləri ilə birgə çalışaraq);
  • Mövcud dizayn şablonlarının inkişaf etdirilməsi və yenilərinin yaradılması;
  • Korporativ təqdimatların dizaynı ;
  • Tədbirlər, sərgilər və digər marketinq məqsədli materialların dizaynı (brandwall, buklet, roll-up və s.);
  • Dərs vəsaitlərinin, jurnalların və digər öyrədici materialların brendləşdirilməsi;
  • Müxtəlif çap və rəqəmsal materialların dizayn edilməsi və çapa hazırlanması;
  • Reklam kampaniyaları üçün dizayn konseptlərinin hazırlanması;
  • Rəhbərlik və komanda tərəfindən verilən dizayn tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası.

İş Şərtləri

  • Əmək haqqı: 1200–1500 AZN (təcrübə və bacarıqlara əsasən);
  • İş rejimi: Tam-ştat, həftədə 6 gün (şənbə – qısa iş günü);
  • Peşəkar və dinamik komanda;
  • Kreativ ideyaların tətbiqinə açıq mühit.

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərə bilərlər.

Tələblər

  • Qrafik dizayn sahəsində minimum 3-4 il peşəkar təcrübə;
  • Sosial media dizayn trendləri və platformalara uyğun dizayn tələbləri ilə tanışlıq;
  • Adobe Creative Cloud programları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək estetik zövq və kreativ yanaşma;
  • Deadline-lara ciddi riayət etmə və paralel layihələri idarəetmə bacarığı;
  • Komanda ilə effektiv əməkdaşlıq və müstəqil işləmək qabiliyyəti.

Üstünlük sayılacaq

  • Motion graphic və/və ya video redaktə sahəsində təcrübə;
  • PowerPoint və Keynote proqramlarında korporativ təqdimat hazırlamaq bacarığı;
  • Branding sahəsində təcrübə və iş təcrübəsi;
  • İngilis dili biliyi.