Abşeron Ticarət Mərkəzi

Qrafik dizayner

Abşeron Ticarət Mərkəzi
1600 - 2000 ₼
1421
Tam iş günü
Bakı, Azərbaycan
15.10.2025 09:58 - 15.11.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin ümumi brend kimliyinə uyğun sosial media postlarının, reklam bannerlərinin, flyer, broşür, YouTube cover və digər vizual materialların hazırlanması;
  • Motion tipli postlar, qısa video montajlar və animasiyalı vizualların yaradılması;
  • Marketinq və kommunikasiya komandası ilə sıx əməkdaşlıq edərək kampaniyalar üçün kreativ konseptlərin hazırlanması;
  • Müxtəlif platformalar (Instagram, TikTok, YouTube, vebsayt və s.) üçün dizaynların adaptasiyası;
  • Mövcud dizayn materiallarının optimallaşdırılması, təkmilləşdirilməsi və yenilənməsi;
  • Layihələr üzrə vahid vizual üslubun qorunması və brend standartlarının tətbiqi;
  • Yeni dizayn trendlərinin izlənilməsi və onların brendin vizual yanaşmasına tətbiq edilməsi.

İş şəraiti: 

  • Bakı şəhəri;
  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: 1600-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Qrafik dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Tələblər

  • 3–5 illik iş təcrübəsi (xüsusilə reklam agentliyi və ya iri şirkətdə);
  • Adobe Photoshop, Illustrator və Corel Draw proqramlarında yüksək səviyyədə bacarıq;
  • After Effects, Premiere Pro və ya digər video montaj proqramlarında işləmək bacarığı üstünlük sayılır;
  • Yaradıcı düşüncə, estetik zövq və detallara yüksək diqqət;
  • Eyni anda bir neçə layihə ilə işləmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Komandada işləmək və ideyaları aydın şəkildə təqdim etmək bacarığı;
  • Seçim mərhələsində portfolionun təqdim edilməsi mütləqdir.


Oxşar vakansiyalar