Xırdalan,
Azərbaycan
12/11/2025
-
12/12/2025
İş haqqında məlumat
- Şirkətin korporativ dizayn tələblərinə uyğun vizual materialların hazırlanması;
- Sosial media üçün post, banner, reklam və digər vizual kontentlərin dizaynı;
- Çap məhsulları (broşür, kataloq, afişa və s.) dizaynının hazırlanması;
- Marketinq komandasının tələblərinə əsasən yeni kreativ ideyalar üzərində işləmək;
- Brend üslubunun qorunması və vizual standartlara riayət etmək;
- Şirkətin brendinq tələblərinə uyğun olaraq sosial media postlarının hazırlanması;
- Hazırlanmış postların rəqəmsal platforma tələblərinə uyğun ölçülərə salınması;
- Sosial mediada post tərzinin müəyyən dövrlərdə kreativ yanaşma ilə dəyişdirilməsi;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş şəraiti:
- İş rejimi: Həftə içi 6 gün ;
- İş saatı : 09:00-18:00;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Nahar şirkət tərəfində verilir;
- Ünvan: Xırdalan şəhəri, Blue City y/k;
- Əmək haqqı (müsahibə zamanı müəyyən olunur);
- Yaradıcılığa açıq, gənc və mehriban komanda;
- Peşəkar inkişaf və təlim imkanları;
- Tam iş günü (6 günlük iş qrafiki).
Müsahibə üçün Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Qrafik dizayner yazaraq CV göndərməyiniz xahiş olunur.
Qeyd: Namizədlərin seçim mərhələsində mütləq şəkildə portfolio və ya nümunə işlərinə baxılacaq. Portfolio təqdim etməyən namizədlər nəzərdən keçirilmir.
Tələblər
- Ali təhsil;
- Süni intellekt alətləri ilə işləmə bacarığı;
- ("Motion design" işləmə bacarıqlarının olması üstünlük hesab olunur);
- Qrafik dizayn sahəsində təcrübəli xanım namizədlər;
- Minimum 3 il iş təcrübə;
- Adobe Photoshop, Adobe Illustrator proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Promo məhsullarının dizaynı üçün Corel Draw proqramında işləmə bacarığı.