Bioloji Təbabət Klinikası
900 - 1000 ₼
653
Tam iş günü
Bakı, Azərbaycan
09/12/2025 - 16/12/2025

İş haqqında məlumat

  • Sosial media üçün gündəlik vizualların (post, story, reel cover, carousel) hazırlanması
  • Reklam kampaniyaları üçün banner, poster, cover, flyer, roll-up, billboard dizaynı
  • Brend identikasına uyğun dizaynların hazırlanması və tətbiqi
  • “Key Visual” və kampaniya üçün kreativ konseptlərin işlənməsi
  • Onlayn və offline tədbirlər üçün vizual materialların yaradılması
  • Şirkətin məhsul və xidmətləri üçün kataloq, broşür, buklet və digər çap materiallarının hazırlanması
  • Brend kitabçasına uyğun rəng, font, element və vizual dilin tətbiqi
  • Şirkətin vizual üslubunu qorumaq və inkişaf etdirmək
  • Bütün vizualların eyni stil və brend xəttində olmasını təmin etmək
  • Kampaniyalar üçün kreativ ideyaların hazırlanması
  • SMM mütəxəssisi ilə birlikdə kontent planına uyğun dizayn hazırlamaq
  • Rəqəmsal marketinq komandası ilə birlikdə reklam vizuallarının optimallaşdırılması
  • Çap materialları üçün CMYK, rəqəmsal dizaynlar üçün RGB formatlarında işləmək
  • Bütün dizaynların düzgün ölçü, həcm və keyfiyyət standartlarına uyğun hazırlanması
  • Faylların düzgün adlandırılması, arxivləşdirilməsi və sistemləşdirilməsi

İş şəraiti:

  • İş qrafiki: 5 gün, saat 09:00 -18:00
  • İstirahət: Şənbə və bazar günləri
  • Əmək haqqı: 900-1000 azn

Tələblər

  • Müvafiq sahədə minimum 1-3 illik iş təcrübəsi
  • Müvafiq sahə üzrə ali təhsil.
  • Beynəlxalq sertifikatların olması üstünlükdür.

Proqram bilikləri:

  • Dizayn trendlərindən xəbərdar olmaq
  • Rəng texnologiyalarını bilmək
  • Gündəlik verilən dizayn tapşırıqlarını yerinə yetirmək
  • Portfolioya sahib olmaq və təqdim etmək (mütləq tələb)

Bilik və bacarıqlar:

  • Brendə uyğun yaradıcı vizuallar yaratmaq
  • Fərqli və cəlbedici dizayn həlləri təklif etmək
  • Yeni ideyalar generasiya etmək və kreativ proseslərdə aktiv iştirak etmək
  • Gündəlik dizayn tapşırıqlarını vaxtında və keyfiyyətli yerinə yetirmək

Müraciət qaydası:

Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Satış üzrə nümayəndə” qeyd edərək CV formalarını "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.