Radius MMC

Qrafik dizayner

Radius MMC
Ə/h razılaşma ilə
422
Tam iş günü
Bakı, Azərbaycan
29/12/2025 - 12/01/2026

İş haqqında məlumat

  • Şirkətin daxili və xarici kommunikasiya ehtiyacları üçün qrafik dizayn materiallarının hazırlanması
  • Veb və çap üçün vizual dizaynların yaradılması (postlar, bannerlər, flayerlər, afişalar, kataloglar və s.)
  • Kampaniya və aksiyalar üçün kreativ dizayn konseptlərinin hazırlanması
  • Şirkətin korporativ üslubuna uyğun dizaynların hazırlanması və brend standartlarının qorunması
  • Mövcud dizayn materiallarının yenilənməsi, təkmilləşdirilməsi və arxivləşdirilməsi
  • Marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək dizayn tapşırıqlarının vaxtında icrası
  • Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməli, daim görülən işlər barədə müvafiq hesabatların verməsi
  • Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi

İş şəraiti:

  • İş saatı : 09:00-18:00
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
  • Şirkət: Radius Təkər Mərkəzi

Tələblər

  • Cins: Kişi / Qadın
  • Adobe Photoshop və Adobe Illustrator proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dili - texniki terminləri anlama səviyyəsində üstünlükdür)
  • Dizayn trendləri barədə məlumatlı olmaq
  • Kreativ və analitik düşünmə qabiliyyəti
  • Detallara diqqət, məsuliyyətlilik və işə ciddi yanaşma
  • Komanda ilə işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı
  • İşgüzar ünsiyyət etiketi və yazışmalar üzrə bilik və bacarıqlar
  • Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığına malik olan

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.