Focus Optika

Qrafik dizayner

Focus Optika
Ə/h razılaşma ilə
2418
Tam iş günü
Bakı, Azərbaycan
06/02/2026 - 06/03/2026

İş haqqında məlumat

“Fokus Optika” MMC olaraq sürətlə böyüyən komandamıza sosial şəbəkələr və sayt üçün kommersiya vizual kontenti, həmçinin poliqrafiya materialları hazırlayacaq əməkdaş axtarırıq.

  • Digital mühit üçün post/stori və digər materialların dizaynı.
  • Poster, bilbord, roll-up, çap üçün maketlər.
  • Broşür/kataloq, o cümlədən qiymət cədvəlli kataloqlar (cədvəllərlə səliqəli işləmə bacarığı).
  • Ehtiyac olduqda vizitkart və digər çap məhsulları.
  • Çapa hazırlıq: rəng rejimləri və profilləri (RGB/CMYK) barədə anlayış və maketlərin mətbəəyə düzgün təhvil verilməsi.

İş şərtləri:

  • Kreativ və dinamik iş mühiti.
  • Əmək haqqı: Müsahibə əsasında.
  • İş günləri: Həftənin 5 günü. 
  • İş vaxtı: 09:00-18:00.
  • AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
  • Ünvan: Xətai rayonu,Qaçaq Nəbi 3A.

Maaş aralığı: Müsahibə əsasında

Tələblər

  • Adobe Photoshop və Adobe Illustrator-da işləmə.
  • Motion üzrə baza səviyyəsi (sadə animasiya / motion-dizayn elementləri).
  • Səliqəlilik, kompozisiya və tipoqrafiya hissi, texniki tapşırıq və deadline-lara uyğun işləmək.
  • Sahə üzrə sertifikat olması üstünlükdür.
  • Dil bilikləri üstünlükdür.
  • Müvafiq sahə üzrə minimum 2+ il iş təcrübəsi.
  • Kreativ düşüncə, məsuliyyətlilik və operativlik.
  • Detallara diqqət və estetik baxış.

Müraciət:

Tələblərə cavab verən namizədlər  CV və portfolio nümunələrini   “Qrafik dizayner” başlığı ilə  [email protected] elektron poçtuna göndərə bilərlər. Qısa olaraq hansı formatlarda işlədikləri  (digital/print/motion - hər üçü üstünlükdür) barədə qısa yazmaları xahiş olunur.