Gabala Hospitality Group

Qrafik Dizayner

Gabala Hospitality Group
Ə/h razılaşma ilə
4846
Tam iş günü
Qəbələ, Azərbaycan
11/02/2026 - 25/02/2026

İş haqqında məlumat

  • Marketinq kommunikasiyasında istifadə edilən bütün növ qrafik dizaynların hazırlanması;
  • Brendyaratma, konsepsiya çalışmalarının icrası:
  • Dizayn tapşırıqların dəqiq və vaxtında təqdim etmək üçün komanda üzvləri, menecment və sorğu göndərən tərəflə koordinasiya, tapşırıqların cari statusu haqqında bu tərəflərin məlumatlandırması;
  • Sorğunu dəqiq başa düşmək və gözlənilən nəticəyə uyğun yaradıcı və müvafiq sektorun ən yaxşı təcrübələri nəzərə alınmaqla praktik həllərin təqdim edilməsi;
  • Dizayn trendləri və proqramların izlənilməsi, bu xüsusiyyətlərin görülən işlərə əks edirilməsi;
  • UI/UX (ümumi iş həcminin 10%-i) və motion bacarıqları ciddi üstünlükdür.
  • Kommunikasiya, satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
  • Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası.

Təminatlar:

  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun rəsmiləşmə;
  • 5 günlük iş həftəsi;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mobil nömrə və danışıq limiti.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

İş yeri Qəbələ şəhərində yerləşir. Uzaqdan (distant) çalışma müraciətlərinə baxıla bilər. Bu vakansiya tam ştatlı əsas iş yerini əhatə edir. Əlavə məşğulluq, ikinci iş yeri və ya frilans formatı nəzərdən keçirilmir.

Qəbələdən kənar regionlardan cəlb olunan əməkdaşlara yaşayış yeri ilə bağlı köməklik göstərilə bilər. 


 

Tələblər

  • Reklam və ya rəqəmsal (digital) agentliklərdə və ya korporativ şirkətlərdə 2 ildən çox təcrübə;
  • Dizayn proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign, XD);
  • Bir neçə layihəni eyni anda idarə etmək və prioritetləşdirmə bacarığı;
  • Dizayn trendlərini anlamaq və onların kommersiya yönümlü tapşırıqlarda tətbiq etmə bacarığı;
  • Çap, mətbəə işi barədə məlumatlı olmaq;
  • Zamanlamaya dair peşəkar yanaşma nümayiş etdirmə bacarığı – Punktuallıq;
  • Komandada işləmək bacarığı;
  • Araşdırmaçı, yaradıcı və innovativ xarakter. Planlı, səliqəli iş üslubu.
  • Detallara diqqət etmək bacarığı;
  • Foto/video çəkilişi haqqında məlumatlı olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.