Kseroks.az

Qrafik Dizayner

Kseroks.az
700 - 1000 ₼
549
Tam iş günü
Bakı, Azərbaycan
04/03/2026 - 18/03/2026

İş haqqında məlumat

  • Vizit kart, kataloq, buklet, afişa, qutu və digər poliqrafiya məhsullarının yüksək keyfiyyətli dizayn işlərinin hazırlanması;
  • Müştəri tələblərinə uyğun fərdi və kreativ dizayn konseptlərinin işlənməsi;
  • Brendin korporativ üslubuna və vizual identikliyinə uyğun dizayn materiallarının hazırlanması;
  • Çap üçün faylların texniki cəhətdən düzgün hazırlanması, son yoxlanış və təsdiqinin həyata keçirilməsi;
  • Kreativ və innovativ dizayn həllərinin hazırlanması, yeni ideyaların təqdim edilməsi;
  • Müştəri ilə dizayn prosesi boyu operativ ünsiyyətin qurulması və eskizlərin təqdim olunması;
  • Reklam, sosial media və rəqəmsal platformalar üçün vizual materialların hazırlanması;
  • Mövcud dizaynların müasir trendlərə uyğun yenilənməsi və təkmilləşdirilməsi;
  • Çap prosesində texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi.

Təklif edirik:

  • Əmək haqqı: 700 – 1000 AZN;
  • Bonus sistemi: Layihə üzrə əlavə ödənişlər;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul;
  • İş qrafiki: Həftədə 6 gün;
  • Stabil iş mühiti və inkişaf imkanı.

Tələblər

  • Poliqrafiya və dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yaş həddi: 21–40;
  • Rus və İngilis dillərini bilmək üstünlükdür.

Tələb olunan bilik və bacarıqlar:

  • Adobe Photoshop, Illustrator, InDesign, CorelDraw proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
  • Çap üçün fayl hazırlama qaydaları və rəng profilləri (CMYK, Pantone) barədə biliklər;
  • Roland avadanlığından, Konica lazer avadanlığından və  UV-çap texnologiyasından, Poni cildləmə, forex yapışdırma texnologiyalarından istifadə bacarığı;
  • Kreativ düşüncə və estetik zövq;
  • Operativlik və detallara diqqət;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.