Bakı,
Azərbaycan
03/04/2026
-
17/04/2026
İş haqqında məlumat
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
- Şirkətə aid bütün brendlərin vizual üslubuna uyğun dizayn materiallarının hazırlanması;
- Restoranlar üçün kampaniya materiallarının hazırlanması (poster, roll-up, masaüstü materiallar, vitrin vizualları, menyu əlavələri və s.);
- Sosial media üçün statik və animasiyalı postların hazırlanması;
- Digital ekran və LED panellər üçün adaptasiyaların hazırlanması;
- Mövcud kampaniyaların müxtəlif ölçü və formatlara uyğunlaşdırılması;
- Hər brend üzrə qlobal brandbook və guideline-ların tam qorunması;
- Rəng palitrası, şriftlər, vizual stil və loqo istifadəsinin düzgün tətbiqinə nəzarət;
- Lokal adaptasiyalarda brend imicinin qorunmasının təmin edilməsi;
- Qlobal kampaniyaların lokal bazara uyğunlaşdırılması;
- Qiymət, məhsul tərkibi və hüquqi qeydlərin düzgün yerləşdirilməsi;
- Marketinq planına uyğun olaraq vizual təqdimatların vaxtında hazırlanması;
- Çap materiallarının texniki tələblərə uyğun hazırlanması və icrasına, həmçinin keyfiyyət və vaxtında yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
- Müştəri cəlbini artıran və satışları dəstəkləyən kreativ vizual həllərin hazırlanması, həmçinin təşəbbüslərin irəli sürülməsi;
- Mövsümi və taktiki kampaniyalar üçün kreativ konseptlərin təklif edilməsi;
- Rəqabət mühitinin təhlili, rəqiblərin dizayn yanaşmalarının izlənilməsi və müvafiq təkliflərin hazırlanması;
- Marketinq komandası ilə sıx əməkdaşlıq;
- SMM komandası ilə koordinasiya.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Tələblər
- Ali təhsilli olmaq;
- Müvafiq vəzifədə minimum 2–3 il iş təcrübəsi;
- Kreativ düşüncə və müasir dizayn tendensiyaları üzrə biliklərə malik olmaq;
- Brendinq və vizual identik prinsipləri bilmək;
- Print və digital üçün texniki tələbləri başa düşmək, düzgün export bacarığı və çap texnologiyaları ilə işləmə təcrübəsi;
- Azərbaycan dili – mükəmməl, ingilis və ya rus dili – arzuolunandır;
- Komanda ilə effektiv ünsiyyət bacarığı;
- Məsuliyyətli olmaq, dəqiqlik və detallara diqqət göstərmək bacarığı;
- Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək;
- Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
- Adobe After Effects və ya digər animasiya proqramlarında işləmə bacarığı;
- Portfolio təqdim etmək vacibdir;
- Xasiyyətnamə tələb olunur.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.