Partzona.com

Qrafik dizayner

Partzona.com
Ə/h razılaşma ilə
243
Tam iş günü
Bakı, Azərbaycan
07/05/2026 - 21/05/2026

İş haqqında məlumat

Şirkətimizə kreativ düşüncəli, vizual zövqü güclü və animasiya bacarığı olan Qrafik Dizayner axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Sosial media üçün post və story dizaynlarının hazırlanması
  • Yaxşı səviyyədə animasiyaların hazırlanması (motion postlar, reel coverləri və s.)
  • Reklam kampaniyaları üçün vizual materialların hazırlanması
  • Kreativ konseptlərin hazırlanmasında iştirak
  • Brendin vizual üslubunun qorunması və inkişaf etdirilməsi

​​​​​​​İş şəraiti:

  • İş qrafiki: Həftədə 5 gün
  • İş saatı: 09:00 – 18:00
  • Ofis daxili iş (freelance qəbul edilmir) 
  • Razılaşma yolu ilə əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək və artımlı olacaq)

Qeyd - Portfolio mütləqdir.

Tələblər

  • Qrafik dizayn sahəsində minimum 1-2 il təcrübə
  • Adobe Photoshop, Illustrator bilikləri
  • Adobe After Effects və ya digər animasiya proqramlarında işləmə bacarığı
  • Kreativ düşüncə və vizual zövq
  • Deadline-larla işləmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.