Bakı,
Azərbaycan
19/08/2026
-
02/09/2026
İş haqqında məlumat
Zeecar komandamıza avtomobil sektorunda işləməyi sevən, yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir dizayn yanaşmasına malik Qrafik Dizayner axtarır.
- Sosial media platformaları (Instagram, TikTok, Facebook və s.) üçün kreativ vizual post və storilərin hazırlanması;
- Avtomobillərin tanıtımı üçün reklam bannerləri, posterlər, kampaniya vizualları və digər marketinq materiallarının hazırlanması;
- Brendin korporativ üslubuna uyğun vizual kontentin hazırlanması və inkişaf etdirilməsi;
- Video layihələri üçün cover, thumbnail, infoqrafika və digər vizual elementlərin hazırlanması;
- Yeni kampaniyalar və layihələr üçün kreativ dizayn konsepsiyalarının hazırlanması;
- Mövcud dizaynların təkmilləşdirilməsi və operativ dəyişikliklərin həyata keçirilməsi;
- Dizayn sahəsində yenilikləri və trendləri izləyərək onları iş prosesində tətbiq etmək.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 600 AZN (net) +
- İş yeri: Bakı, Ağ şəhər, Süleyman Vəzirov 3
Tələblər
- Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
- Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
- Sosial media platformaları üçün müasir dizayn standartlarını bilmək;
- Kompozisiya, rəng nəzəriyyəsi, tipoqrafiya və vizual kommunikasiya üzrə yaxşı anlayış;
- Kreativ düşüncə və yüksək estetik zövq;
- Detallara diqqətli, məsuliyyətli və operativ olmaq;
- Bir neçə layihəni paralel şəkildə idarə etmək və son tarixlərə əməl etmək bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək
- Portfolio təqdim edilməsi mütləqdir.
Üstünlük hesab olunur:
- Adobe InDesign, After Effects, Premiere Pro və ya Figma proqramlarından istifadə bacarığı;
- Avtomobil sahəsində və ya reklam agentliyində iş təcrübəsi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun